“Azərbaycan milyonlar xərclədi, birinci oldu”

“Eurovision-2011”in bosniyalı iştirakçısı: “Azərbaycan bu yarışmaya yaxşı yatırım qoydu və nəticəsini gördü”

 

Almanyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” musiqi yarışmasının Bosniya-Hersoqovinadan olan iştirakçısı Dino Merlin Azərbaycanın birinciliyi qazanmasına maraqlı münasibət bildirib. Yarışmada 6-cı yeri tutan Bosniya-Hersoqovina təmsilçisi deyib ki, Azərbaycan strateji hədəf kimi illərdir “Eurovision”a yatırım qoyur. “Yaxşı musiqidən daha artığı, qoyulan yaxşı yatırım nəticəni qazandırdı. Azərbaycan “Eurovision” üçün keçən il 3, bu il isə təxminən 2 milyon avro xərclədi. Azərbaycan bu yarışmaya yaxşı yatırım qoydu və nəticəsini gördü”, – deyə Dino Merlin bildirib.