Seymur Həziyev: «Cinayət işində adam oğurluğu maddəsi də əksini tapmalı idi»
“Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyevin işi üzrə Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi üzrə cinayət işi başlanıb. Bununla bağlı əməkdaşımız Abşeron Rayon Polis Idarəsinə çağırılıb.
Işi araşdıran müstəntiq Abdulla Əliyev S.Həziyevə cinayət işinin başlanması ilə bağlı protokolu təqdim edib. S.Həziyev isə hesab edir ki, cinayət işində adam oğurluğu maddəsi də əksini tapmalı idi. Həmin gecə məni oğurlayaraq döyüblər. Bu hərəkətlərin hər biri ayrı-ayrılıqda araşdırılmalıdır. Ona görə də cinayət işinin yalnız döymə maddəsi üzrə açılması doğru deyil”.
Xatırladaq ki, S.Həziyev martın 25-dən 26-na keçən gecə yaşadığı Ceyranbatan qəsəbəsi ərazisində oğurlanaraq döyülüb. Maskalı şəxslər ondan ölkə başçısı Ilham Əliyevi tənqid edən məqalələri yazmamağı tələb ediblər.
Gültəkin