“Eurovision-2011”in növbəti 10 finalçısı seçildi

Mayın 12-də Dusseldorfda Eurovision 2011 mahnı müsabiqəsinin ikinci yarımfinalında mübarizəni davam etdirən daha 10 ölkə müəyyən edildi. 19 ölkə içərisindən finala keçənlər aşağıdakılar oldu:

1.    Estoniya
2.    Rumıniya
3.    Moldova
4.    İrlandiya
5.    Bosniya-Hersoqovina
6.    Danimarka
7.    Avstriya
8.    Ukrayna
9.    Sloveniya
10.    İsveç

Mayın 10-da keçirilən ilk yarımfinalda Azərbaycan təmsilçiləri olan Ell&Nikki dueti (Eldar və Nigar) final mərhələsinə keçmişdilər.
Eurivsion 2011-in qalibi mayın 14-də (Bakı vaxtilə mayın 15-ə keçən gecə) 25 ölkəni təmsil edən iştirakçıların çıxışlarından sonra müəyyən ediləcək. Son mərhələdə yarımfinallarda daha çox səs toplayan 20 müsabiqə iştirakçısından başqa, yarışa Fransa, Italiya, Böyük Britaniya, Ispaniya və Almaniya təmsilçiləri qatılacaqlar. Eurovison-un əsasının qoyanlar kimi bu 5 ölkəyə hər il avtomatik olaraq finalda yer verilir.

2-ci yarımfinalın nəticələri bütün gözləntiləri doğrultdu.

Ell&Nikki dueti finalda Dusseldorfun “Espirit Arena” stadionunda quraşdırılan səhnəyə sıraca 19-cu olaraq çıxacaqlar (“Azadlıq” radiosu).