Binəqədi komissarlığı qərargah rəisinin əlinə keçib

2-ci bölmə rəisi Mehman Qurbanovun Nəcməddin Sadıqovun köməkçisi Elxan Məcidovla nə əlaqəsi?

Xəbər verildiyi kimi Binəqədi və Suraxanı hərbi komissarlıqlarında aparılan yoxlamalardan sonra hər iki hərbi komissar barəsində həbs qətiimkan tədbiri seçilib. Bu arada Binəqədi hərbi komissarlığından yeni məlumatlar əldə etmişik.
Binəqədi hərbi komissarı Feyzi Ağabəyovun həbsindən sonra hərbi komissar vəzifəsini icra edən 2-ci bölmə rəisi Mehman Qurbanovun artıq komissarlıqda “gestapo”idarəçiliyi yaratdığı bildirilir. Ürək xəstəliyindən əziyyət çəkən 2-ci bölmə rəisinin tez-tez qərargah rəisinin köməkçisi Elxan Məcidovla görüşməsi artıq komissarlıqda söz-söhbətə səbəb olub. 2-ci bölmə rəisi açıq-aşkar hərbi komissar olacağını şəxsi heyətə dolayı yolla çatdırmağa calışır. Hətta komissarlıqda onun Elxan Məcidova pul verdiyini də danışırlar. Aldığımız digər məlumatda isə qeyd edilir ki, 2-ci bölmə rəisi keçmiş komissar Feyzi Ağabəyovun həbs olunmasına zəmin yaradan sənədləri də məhz onun tərəfindən planlaşdırdığı üzə çıxıb. Lakin nədənsə birbaşa səfərbərlik məsələlərinə cavabdeh olan Mehman Qurbanovun özü barədə hər hansı tədbir görülməyib.

İnformasiya şöbəsi