Zülfüqar Eyvazovun şikayəti rədd edildi

AXCP funksionerinin qanunsuz həbsi davam etdirilir

Ictimai Palatanın keçirdiyi 2 aprel aksiyasına görə haqqında cinayət işi açılmış AXCP Nizami rayon təşkilatının sədri Zülfüqar Eyvazovun apelyasiya məhkəməsi olub.
Bu haqda onun vəkili Natiq Mustafayev “Azadlıq” qəzetinə məlumat verib. Vəkil deyib ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçən prosesdə Zülfüqar Eyvazov haqqında çıxarılmış həbs-qətimkan qərarı qüvvədə saxlanıb. Vəkil bildirib ki, onlar cinayət təqibinə xitam verilməsi ilə bağlı vəsatətlə çıxış etməyə hazırlaşırlar. Əgər bu vəsatət təmin edilməsə, həbsin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldıracaqlar.
Vəkil həmçinin deyib ki, Zülfüqar Eyvazov şəkər xəstəliyindən əziyyət çəkir. “Ancaq ümumən özünü yaxşı hiss edir” – deyə vəkil vurğulayıb.

Elmin