“İstefa”, “Azadlıq” dalğası Suriyanı bürüdü; rejim etirazçıları gülləboran etdi; Avropa Birliyi sanksiyalara qərar verdi
Avropa Birliyi Suriyaya sankyilar qoyur. Mayın 6-da Brüsseldə əldə edilən razılaşmaya görə, Avropa Birliyi ölkələri Suriyaya silah satışının qarşısını almaq, bu ölkəyə aid hesabları dondurmaq və 13 rəsmiyə viza qadağa qoymaq qərarına gəlib.
27 ölkə başçısının təsdiqləməsindən sonra sanksiyalar gələn həftə qüvvəyə minəcək.
***
Suriyada sosial bərabərlik və siyasi azadlıqlar tələbiylə başlanan, sonradan Bəşər Əsədin istefa məsələsinin gündəmə gətirildiyi etiraz aksiyaları davam edir. Ötən gün cümə namazından sonra Suriyanın müxtəlif şəhərlərində yüz minlərlə vətəndaş müxalifətin “Hesabat Günü” adlandırdığı etiraz aksiyasına qatılıb.
“Reuters” agentliyinin verdiyi məlumata görə, etiraz aksiyalarına hökumət qüvvələrinin sərt müdaxiləsi nəticəsində ölən və yaralananlar var. Şahidlər paytaxt Dəməşqin Barzeh bölgəsinə tank və zirehli texnika yeridildiyini bildirib.
Paytaxtın Midan adlandırılan hissəsində minlərlə etirazçının Bəşər Əsədin istefası tələbiylə keçirdiyi mitinqi hökumət qüvvələri dağıtmağa çalışıb. Aksiya iştirakçılarına qarşı dəyənək, rezin güllələr və gözyaşardıcı qazdan istifadə olunub.
Ölkənin üçüncü böyük şəhəri Humus və Həmada Bəşər Əsədin istefası tələbiylə mitinq keçirilib. Humusda on mindən artıq insanın qatıldığı etiraz aksiyasına təhlküəszilik qüvvələri tərəfindən odlu silahdan atəş açılıb. 20 nəfər etirazçı həlak olub, onlarla yaralanan var. Hökumət vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün şəhər əlavə qoşun dəstələri yeridilməsi haqda qərar çıxarıb. Həma şəhərində keçirilən antiƏsəd aksiyasına müdaxilə nəticəsində isə 5 nəfər dünyasını dəyişib. Ölən və yaralıların sayının durmadan artdığına dair xəbərlər yayılıb.
“AFP” xəbər agentliyi Humus şəhərindəki mənbəyə istinad edərək Baba Əmr və Deyr Balba kimi bölgələrə tankların girdiyini və şəhərdə srağagün gecədən başlayaraq kütləvi həbslərin aparıldığını bildirib.
Dəməşqin Midan bölgəsində keçirilən etiraz aksiyaları zamanı Suriya müxalifətinin lideri Riad Seyfi həbs olunub Müxalifət liderinin qızı xəbəri təsdiqləyərək atasının digər etirazçılarla birlikdə naməlum istiqamətə aparıldığını söyləyib.
Ölkənin şimalında kürdlərin əksəriyyət təkil etdiyi Qamışlı, Amudə və Əl Dirbasiyyə şəhərlərində rəsmi dairələrin mitinq keçirilməsinə qadağan qoymasına baxmayaraq minlərlə vətəndaş küçələrə axışıb. Aksiyalarda Bəşər Əsədin istefa verməsi tələb olunub.
Suriyanın cənub qəsəbələrindən gələn minlərlər insanın Dəraa yaxınlığındalı bir qəsəbədə tolanaraq Bəşşər Əsədin devrilməsini istəyən şüarlar səsləndirib. Şahidlərin sözlərinə görə, etirazçıların Dəraaya girişinə maneə yaradılsa da kəndlilər Tafas qəsəbəsinə daxil ola biliblər. Etirazçılar qəsəbədəki məscidin qarşısında aksiya keçirərək “Rədd ol!”, “Sonun çatıb!” yazılan plakatlar qaldırıblar.
Suriyada hakimiyyət dəyişikliyi və sosial-siyasi azadlıqların artırılması tələbiylə keçirilən aksiyaların paytaxt Dəməşqə yayılacağından ehtiyatlanan Əsəd rejimi şəhəri blokadaya alıb. Həmçicinin ölkə şəhər və vilayətləri arasında rabitə və nəqliyyat əlaqələri məhdudlaşdırılıb. Şəhərlərarası yollar ilə şəhərlərin ətrafındakı bölgələri bir-birinə bağlayan keçid və körpülər üzərinə postlar qurulub.
Paytaxta gələn avtobus və insanları kütləvi daşıyan nəqliyyat vasitələrinin şəhər girişi qadağan olunub. Bəşər Əsəd hakimiyyətinə qarşı etirazların mərkəzinə çevrilən Dəraa vilayətində qanlı əməliyyatları bitirdikdən sonra bölgədən çıxarılan hərbi birləşmələrin Banyas şəhərinə yerləşdirilməsinə start verilib.
İnformasiya şöbəsi