Saxtakarlığın Sabirabad nümunəsi

Yeni başçı köhnəyə rəhmət oxutdurmaq əzmindədir

Ilham Əliyevin Aran zonasına səfərə çıxacağı gözlənilir. Bununla bağlı Mərkəzi Aran rayonlarında qızğın iş gedir. “Analoqu olmayan” işi Sabirabadın yeni icra başçısı gördürür. Mərkəz sökülür. Dövlət başçısının ötənilki sel fəlakətindən ziyan çəkən Qasımbəyli kəndinə gedəcəyi bildirilir.
Icra başçısı tez-tələsik həmin kənddə “abadlıq” işlərinə başlayıb. Amma rayonu xaraba qoymaq hesabına. Tikinti materiallarının çatışmadığı bəhanəsiylə rayon mərkəzindəki parka və səkilərə döşənmiş beton plitələr, bordürlər sökülərək Qasımbəyli kəndinə, həmin kəndin yollarına daşınır. Məlumatı verən mənbə bildirir ki, rayon camaatını narahat edən heç də bu söküntü deyil. “Qorxuruq ki, Qasımbəylidə park salsınlar, onda mərkəzdəki parkın skamyalarını da yəqin ora daşıyacaqlar. Heç olmasa boş vaxtlarımızda oturub dincimizi alırdıq” – deyə mənbə əlavə edir.

İnformasiya şöbəsi