«GEN» MMC-nin qurbanlarını qəbul edən mer, onların qarşısında sona qədər duruş gətirə bilmədi
“GEN” MMC tikinti şirkətinin aldatdığı onlarla qurban ötən gün növbəti dəfə Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) qarşısında etiraz aksiyası keçirdi. Meriyanın önünə toplaşan narazı sakinlər “Ilham, Ilham”, “Abutalıbov bizi qəbul et!” şüarları səsləndirdilər (son günlər bu şüarlar evlərindən didərgin düşmüş “Mur-Ay” və “Qış bulvarı” layihəsindən əziyyət çəkən vətəndaşların da şüarlarıdır – R.D). Aksiyaçıların sözlərinə görə, artıq 4 ildir hökumət onların problemlərini həll etmir.
Narazı sakinlər “GEN” MMC şüarı yazılmış plakat, “Qurani-Kərim” və Ilham Əliyevin şəkillərini BŞIH-in qarşısında qaldırmışdılar. Aksiya təxminən 1 saat davam etdi. Ətrafda polislər olsa da, iki gün öncəki presedenti yaşamaq üçün qarşıdurma yaratmadılar. Abutalıbovun onları qəbul etmədiyini görən zərərçəkənlər yolu bağladılar.
Bundan sonra polis aksiyaya müdaxilə etdi və şikayətçiləri ərazidən kənarlaşdırdı. Etirazçılar bildirirlər ki, Prezident Administrasiyasında və Bakı meriyasında onların problemlərinə baxılmır. Bakı meri Hacıbala Abutalıbov vətəndaşlara hər dəfə eyni sözləri deyir. Insanlar yalan vədlərə inanmadıqlarını söyləyir və real nəticə tələb edirlər. Şikayətçilər deyir ki, Abutalıbov vətəndaşlara hər dəfə mənzil tikilməsi üçün sərəncam veriləcəyi barədə söz verib: “Ancaq indiyə qədər heç bir müsbət irəliləyiş əldə olunmayıb”.
Yolu bağlamaqla H.Abutalıbovun qəbuluna düşən qurbanlara deyildi ki, hökumətə yeni layihə təqdim ediləcək: “Həmin layihəyə əsasən ”GEN” MMC və “Mur-Ay” şirkətinin aldatdığı vətəndaşlara tikinti aparmaq üçün yer ayrılmalıdır”. Merin bu vədi aksiyaçıları qəzəbləndirdi və onlar Abutalıbovdan təcili tədbirlərin görülməsini istədilər. Vəziyyətin ağır olduğunu görən mer tez bir zamanda iclas zalını tərk edib.
Ramin DEKO