Afaq Bəşirqızı “Yaxşıların yaxşısı” seçildi

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı “Yaxşıların yaxşısı” Milli Mükafatına layiq görülüb.

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu mükafat aktrisaya milli teatr sənəti sahəsindəki uğurlarına görə verilib. Mükafat Afaq xanıma Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən rəsmi təqdimat zamanı təqdim olunub.

Ölkənin tanınmış siyasətçilərinin, millət vəkillərinin, eləcə də incəsənət xadimlərinin layiq görüldüyü bu mükafatı Afaq Bəşirqızı böyük sevinclə qarşılayıb: “Layiq görüldüyüm hər bir mükafat mənə əzizdir, odur ki, bütün mükafatları almağa söz verirəm”.