Liviya diktatoru möcuzə nəticəsində sağ qalıb
Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı NATO qüvvələrinin hava əməliyyatları davam edir. Ötən gün boyu koalisiya qüvvələrinə aid qırıcılar diktatorun nəzarətində olan paytaxt Tripoliyə aviazərbələr endirib. Gecə yarısı NATO qırıcları Qəzzafinin iqamətgahının yerləşdiyi Bab əl-Əziziyə rayonunu bombalayıb.
“Reuters” agentliyinin Qəzzafi rejiminin rəsmisinə istinad edərək yaydığı məlumata görə, NATO-nun atdığı üç bomba nəticəsində diktatorun kiçik oğlu 29 yaşlı Saif əl-Ərəb və 3 nəvəsi həlak olub. Diktato və xanımı möcuzə nəticəsində sağ qalıb.