Misir hökuməti Mübarəki əfv etmədi

Ərəb ölkələrinin devrilmiş diktatorun bağışlanmasıyla bağlı xahişi rədd olundu

 

Misirin hazırki müvəqqəti hökuməti Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin devrilmiş diktatoru Hüsnü Mübarkəkin əfv olunması təklifini tədd edib. Londonda yayımlanan  “Əl-Qüdil-Ərəbi” qəzetinin yazdığına görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Misir müvəqqəti baş naziri Əssam Şərəflə görüşmək üçün təmsilçi göndərib.

 

Xəbərdə deyilir ki, Səudiyyə Ərəbistanından olan rəsmilər devrilmiş diktatorun fiziki və psixoloji baxımdan sağlamlığının yaxşı olmadığını əsas gətirərək Misir hökumətindən Mübarəkin bağışlanmasını və müalicəsinin xaricdə davam etdirilməsi üçün icazə verilməsini istəyib. Lakin Misirin yeni hökuməti qonşu ölkələrin xahişini rədd edərək Hüsnü Mübarəkin bağışlanmayacağını bildirib.

İnformasiya şöbəsi