Vasif Talıbova özünə mahnı qoşdurub (VİDEO)

«Naxçıvan xanı» artıq musiqi ilə tərənnüm olunur

 

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da mədh olunanlar siyahısına daxil oldu. Ali Məclis sədrinin şəninə çox təriflər yağdırılsa da, bugünlərdə bu sahədə yeni keyfiyyət dəyişikliyi yaranıb. Internetdə Vasif Talıbovun fan-səhifəsində ona həsr olunan mahnı yerləşdirilib. Mahnıda Ali Məclis sədrinin ünvanına şahlara layiq səviyyədə təriflər yağdırılır, onun bacarığı, xalq üçün çalışmaları vurğulanır. Mahnı V.Talıbovun müxtəlif fotolarından hazırlanan videoçarxla təqdim olunur.
Mahnının sözlərindən bir parçanı nəzərinizə çatdırırıq:

Heydərin qəlbindən işıq, nur aldın
Yurdumun köksündə körpülər saldın
Ucalır şöhrətin, ucalır adın
Bütün varlığınla elə bağlısan
Qədim Naxçıvanın əziz oğlusan.

Natiq