Tələbə qəbulu ilə bağlı şok fakt

Son on ildə MDB ölkələrindən Azərbaycan ali məktəblərinə qanunsuz yolla 10 minə yaxın tələbə köçürülüb

Son on ildə MDB ölkələrinin müxtəlif ali məktəblərindən Azərbaycan ali məktəblərinə qanunsuz yolla 10 minə yaxın tələbə köçürülüb. APA-nın araşdırmaları nəticəsində məlum olub ki, qəbul imtahanlarında aşağı nəticə göstərərək Azərbaycanın ali məktəblərinə TQDK-nın xətti ilə daxil ola bilməyən gənclər son illərdə, əsasən, MDB ölkələrinin 15 ali məktəbinə daxil olub və daha sonra Azərbaycanın məktəblərinə qanunsuz yolla köçürülüblər. Son 10 ildə 10 minə yaxın tələbənin köçürüldüyü məlum olub. Həmin tələbələrin çoxu, əsasən, 7 ali məktəbdən köçürülüb. Həmin məktəblər bunlardır:
1. Cənubi Rusiya Humanitar Institutu
2. Sankt-Peterburq Xarici Iqtisadi Əlaqələr Institutu
3. Moskva Dövlət Hüquq və Idarəçilik Institutu
4. Moskva Dövlət Açıq Universiteti
5. Mahaçqala Maliyyə və Hüquq Institutu
6. Dərbənd Humanitar Institutu
7. Azərbaycan Dövlət Iqtisad Universitetinin Dərbənd filialı
Bu siyahıda Ukraynanın Beynəlxalq Idarəetmə Institutu, Kiyev Regionlararası Kadrların Idarə Olunması Akademiyası, Gürcüstan Beynəlxalq Akademiyası, Gürcüstan Dövlət Keyfiyyətin Idarə Olunması Universiteti, Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universiteti də var. Adları sadalanan məktəblərdən ən çox köçürmələr isə Azərbaycan Dövlət Iqtisad və Azərbaycan Kooperasiya universitetlərinə edilib. Təhsil Nazirliyi Aparatının rəhbəri I.Pirməmmədov isə son vaxtlar xarici ölkə məktəblərindən Azərbaycanın məktəblərinə qanunsuz köçürmələrin edilmədiyini deyib:”Yalnız Azərbaycan Beynəlxalq Universiteti Təhsil Nazirliyinin razılığı olmadan köçürmələr aparıb. Onun da fəaliyyətini dayandırılıb.