O, Qahirədəki Tora hərbi həbsxanasında saxlanılacaq
Misirin keçmiş prezidenti, insan hüquqlarının kütləvi pozulması və korrupsiya ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilən Hüsnü Mübarək müalicə olunduğu xəstəxanadan hərbi xəstəxanaya, daha sonra isə həbsxanaya göndəriləcək.
Misirin MENA dövlət agentliyi yayıb. Mübarəkin Qahirədəki Tora hərbi həbsxanasında saxlanılacağı bildirilir. Xəbərdə Mübarəkin səhhətinin yoxlanılmasından sonra həbsxanaya transfer olunacağı qeyd edilir.
Aprelin 13-də Hüsnü Mübarək və iki oğlu ilə bağlı həbs qərarı çıxarıldıqdan sonra keçmiş prezidentin səhhəti ağırlaşmış və Şarm Əl-Şeyxdə xəstəxanaya yerləşdirilmişdi.