bbc-tv

BBC Əliyev despotizmindən reportaj hazırladı

“Əliyev ailəsi Azərbaycanı dəmir yumruqla idarə edir”

“Anası ilə şəhər gəzintisinə çıxmış 5 yaşlı qızcığaz “Azadlıq”, “İstefa” şüarları səsləndiriyinə görə polis  zorakılığıyla üzləşdi”

 

BBC media korporasiyasının əməkdaşı Demian Makquinz İctimai Palatanın Bakıda keçirdiyi etiraz askiyalarıyla bağlı reportaj hazırlayıb. Reportajda bildirilir ki, Azərbaycan müxalifəti ərəb inqilablarından ilhamlanaraq İlham Əliyev hakimiyyətinin dəyişdirilməsi və demokratik islahatların keçirilməsi tələbiylə küçələrə axışıb. Hökumət qüvvələri müxalifət tərəfdarlarının qatıldığı dinc aksiyaya sərt müdaxilə edib.

“Etiraz aksiyalarının keçirilməsi planlaşdırılan meydanlara giriş bağlandı. İnsanların hərəkəti məhdudlaşırıldı. Anası ilə şəhər gəzintisinə çıxmış 5 yaşlı qızcığaz “Azadlıq”, “İstefa” şüarları səsləndiriyinə görə polis  zorakılığıyla üzləşdi. Mitinqi dağıdan polis 5 yaşlı qızcığıazı və anasını maşına mindirərək naməlum istiqamətə apardı. Sonradan məlum oldu ki, onlar yaxınlıqdakı polis bölmələrindən birinə aparılıb. Rəsmi məlumatlara görə, Azərbaycan müxalifətinin yaratdığı İctimai Palatanın aprelin 17-də keçirdiyi antihökumət mitinqi zamanı 65 nəfər həbs olunub”,-deyə müəllif qeyd edib.

Demian Makquinz reportajında vurğulayıb ki, Azərbaycan neftlə zəngin ölkə olsa da təbii sərvətdən gələn gəlirlər bir qrup insanın əlində cəmlənib. Enerji istehsalçısı olmasına baxmayaraq paytaxt Bakının bəzi yerlərində elektrik enerjisinin verilməsində problemlər yaşanır.
“Qərb ölkələri və beynəlxalq təşkilatlar İlham Əliyev hakimiyyətini demokratik islahatlar keçirməyə çağırsada iqtidar bu tələbləri yerinə yetirmir. İlham Əliyevin üzv olduğu ailə 1993-cü ildən Azərbaycanı dəmir yumruqla idarə edir”, – deyə reportajda bildirilir.