Onun rəhbərlik etdiyi quruma daxil olan ərizə və şikayətlərin sayı ölkədəki vəziyyətin real göstəricisi sayıla bilər
Azərbaycan hakimiyyəti ölkədə sosial-iqtisadi vəziyyətin yaxşı olmasından danışır. Iqtidar ideoloqlarının iddiasına görə, ölkədə hər hansı sahədə ciddi bir problem yoxdur. Lakin təkcə Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyevin açıqlaması hakimiyyəti ifşa etmək üçün yetərlidir.
Səttar Mehbalıyev bildirib ki, hər il rəhbərlik etdiyi quruma 160 mindən artıq ərizə və şikayət daxil olur. Bu, kifayət qədər ciddi faktdır. Əgər təkcə Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasına hər il 160 min ərizə və şikayət daxil olursa, deməli, ölkədə hər şey heç də iqtidar nümayəndələrinin iddia etdiyi kimi qaydasında deyil. Biz hələ demirik ki, Səttar Mehbalıyev 160 min ərizə və şikayətdən yalnız 200-nə baxıldığını açıqlayıb. Bu fakt da dövlət orqanlarında vətəndaşların ərizə və şikayətlərinə münasibətin bariz nümunəsidir.
Indi iqtidar nümayəndələri buyurub izahat versinlər görək hər il dövlət qurumlarına minlərlə ərizə və şikayət hansı səbəbdən daxil olur? Bir halda ki ölkədə hər şey qaydasındadır, bəs onda bu qədər narazılıq nə ilə bağlıdır?
İnformasiya şöbəsi



