Hətta MSK-nın saxtalaşdırdığı nəticələrdə Ictimai Palatanın üzvü olan namizədlərə verilən səslər yüz minlərlədir
YAP-çılar Ictimai Palatanın sosial bazasının olmadığını iddia edir. Vətəndaşların böyük əksəriyyətinin YAP-ın ətrafında cəmləşməsindən, Heydər Əliyev siyasi kursunu dəstəkləməsindən ağızdolusu danışır. Bu iddianın əsassız olduğunu sübut etmək üçün 2010-cu il parlament seçkilərinin rəsmi nəticələrinə diqqət yetirmək kifayətdir. YAP-çılara Ictimai Palatanın üzvü olan 25 namizədin seçkilərdə topladığı səsləri təqdim edirik. Nəticələr Mərkəzi Seçki Komissiyasının veb-səhifəsindən götürülüb:
1.Əli Kərimli – 2299
2.Isa Qəmbər – 2281
3.Mirmahmud Mirəlioğlu – 5079
4.Tahir Xanəliyev – 2402
5.Gözəl Bayramlı – 2383
6.Qubad Ibadoğlu – 1450
7.Pənah Hüseyn – 1655
8.Rauf Arifoğlu – 3056
9.Tofiq Yaqublu – 1680
10.Həsən Kərimov – 1779
11.Arif Hacılı – 1453
12.Arzu Səmədbəyli – 2517
13.Fuad Qəhrəmanlı – 1571
14.Nəsib Nəsibli – 2991
15.Aqil Səmədbəyli – 2111
16.Ikram Israfil – 2739
17.Ilham Hüseynli – 1655
18.Nəriman Yəhyayev – 3778
19.Əflatun Əhmədzadə – 1608
20.Ilqar Hüseynli – 4909
21.Vidadi Isgəndərov – 1867
22.Nemət Əliyev – 2087
23.Yeganə Əmiraslanova – 2507
24.Sahib Kərimov – 2169
25.Baha Mikayılov – 3403
Təqdim etdiyimiz namizədlərə verilən səslərin cəmi 61 min 429 edir. Bu 61 min 429 seçici deməkdir. Deməli, hakimiyyətin seçkini total saxtalaşdırmasına, təqib və təzyiqlərə baxmayaraq 62 minə yaxın şəxs Ictimai Palataya üzv olan bu şəxslərin deputat seçilməsinə səs verib. Nəzərə alsaq ki, MSK-nın rəsmi nəticələri ən azı iki dəfə saxtalaşdırılıb, onda bu rəqəm 100 mini ötür. Hələ Ictimai Palataya üzv olan digər namizədlərin topladığı səslər də var. Yeri gəlmişkən, 2005-ci il parlament seçkilərində MSK-nın rəsmi nəticələrinə görə “Azadlıq” bloku toplam olaraq 500 min səs toplamışdı.
Həmin blokun təsisçilərindən olmuş iki güclü partiya hazırda Ictimai Palatada təmsil olunur. Əgər YAP-ın iddia etdiyi kimi müxalifətin sosial bazası yoxdursa, AXCP, Müsavat, KXCP-nin ətrafında “beş-altı nəfər” cəmləşibsə, MSK bu rəqəmləri haradan götürüb? Təkcə MSK-nın rəsmi nəticələri YAP-çıların iddialarını darmadağın etmirmi? Ona görə də yaxış olar ki, hakimiyyət sözçüləri “sosial baza” məsələsində bir qədər diqqətli olsunlar. Ən azı ona görə ki, ortada bu cür təkzibedilməz faktlar var.
İnformasiya şöbəsi