Rafiq Abbasov Eldar Mahmudovla görüşüb

BŞBPI rəisi ilə MTN şefi «Cavid parkı»nda nəyi müzakirə edib?

Bakı Şəhər Baş Polis Idarəsinin rəisi Rafiq Abbasov milli təhlükəsizlik naziri Eldar Mahmudovla birgə Hüseyn Cavid adına parkda görünüb. Redaksiyamıza daxil olan məlumatlara görə, Rafiq Abbasov əvvəlcə parkda başqa bir şəxslə olub. Onunla bir qədər parkda gəzişdikdən sonra həmin şəxs polis rəisindən ayrılıb. Və bu zaman Eldar Mahmudov parkda görünüb.
Polis rəisi ilə MTN şefinin hansı məsələ barədə söhbət etməsi bəlli deyil. Amma onların bir yerdə görünməsi ətrafdakıların diqqətindən qaçmayıb. Əslində bir polis rəisi ilə milli təhlükəsizlik nazirinin görüşüb, söhbətləşməsində qeyri-adi heç nə yoxdur. Lakin məsələ burasındadır ki, daxili işlər naziri Ramil Usubovla Eldar Mahmudov arasında ziddiyyətlər var. Rafiq Abbasovun isə DIN rəhbərinə yaxın şəxs olduğu deyilir. Bu halda BŞBPI rəisinin MTN şefi ilə hətta bir masada çay içməsi belə maraq doğurmaya bilməz.

İnformasiya şöbəsi