AMIP-in katibi İctimai Palatadan getməyəcək

Əli Orucov: «İctimai Palata qarşısına qoyduğu məqsədlərə çataraq Azərbaycanı demokratikləşdirəcək»

AMIP Ictimai Palatadan çıxdığı barədə qərar versə də partiyanın bir sıra funksionerləri təşkilatda fəaliyyətlərini davam etdirmək niyyətindədirlər.
AMIP-in mətbuat katibi Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, IP-nin son qəbullardan sonra 314 üzvü var. Onlardan iyirmi nəfərinin AMIP-çi olduğunu deyən Ə.Orucov bildirdi ki, onların əksəriyyəti keçmiş deputatlığa namizədlərdir: “Mən Ictimai Palatanın, deputatlığa keçmiş namizəd kimi, təsisçilərindən biriyəm. Bundan başqa, bir vətəndaş kimi də mövqeyim var və mən bu baxımdan Ictimai Palataya üzv olmuşam. Digər AMIP-çilərin Ictimai Palatada qalıb-qalmaması onların öz verdiyi qərardan asılıdır. Mən isə Ictimai Palatada hələ fəaliyyət göstərməkdə israrlıyam və əminəm ki, Ictimai Palata qarşısına qoyduğu məqsədlərə çataraq Azərbaycanı demokratikləşdirəcək”.

Xəyal