Film Beynəlxalq 100 saniyəlik Filmlər Festivalında mükafata layiq görülüb
“Ritm Production” Kino Şirkətində istehsal olunmuş “Baş daşı” filmi İranda mükafat qazanıb. Şirkətinin direktoru Xaqani Həşimovun ANS PRESS-ə verdiyi məlumata görə, film Beynəlxalq 100 saniyəlik Filmlər Festivalında iştirak edib.
“Baş daşı” filmi ötən il “Ritm Production” Kino Şirkətinin fəaliyyətinin 5 illiyi münasibətilə keçirilən tələbə və gənclər arasında 5 dəqiqəlik film ssenariləri müsabiqəsində qalib olan 5 ssenaridən biridir. Müsabiqədə qalib olan ssenarilər şirkətin daxili imkanları hesabına ekranlaşdırılacaqdı.
Təqdim olunan ssenarilərdən yalnız biri, ADMİU–nun IV kurs tələbəsi Əliyev Royal Gündüz oğlunun ssenarisi bədii şura tərəfindən dəyərləndirilıb və keçən ilin sonunda istehsala buraxılmışdır. “Baş daşı” adlı filmə rejissorluğu elə Royal özü edib.
Film keçən ilin sonunda ACİ YF-in keçirdiyi müsabiqədə də mükafat qazanıb. Hazırda film daha iki festivala dəvətlidir.