Barak Obama: “Qəzzafi tezliklə gedəcək”

“Kəmənd get-gedə daha çox sıxılır və o daha çox təklənir”

 

ABŞ prezidenti Barak Obama “Associated Press” agentliyinə verdiyi müsahibəsində Liviya üsyançıları ilə Müəmmər Qəzzafi arasında çıxılmaz vəziyyətin yarandığını, bununla belə NATO-nun hərbi missiyasından razı qaldığını bildirib. ABŞ prezidentinin sözlərinə görə, təzyiqlər davam edəcəyi təqdirdə, Qəzzafi tezliklə gedəcək.

 

“Bildiyiniz kimi hərbi nöqteyi-nəzərdən nisbətən çıxılmaz vəziyyət hökm sürür, lakin Qəzzafiyə qarşı digər yollarla təzyiqlər davam edir. Onun pulu artıq tükənmək üzrədir. Onun təchizatı da bitir. Kəmənd get-gedə daha çox sıxılır və o daha çox təklənir. Düşünürəm ki, əgər biz ona qarşı təzyiqləri və mülki vətəndaşları qorumağı davam etdirsək, necə ki bunu NATO çox gözəl edir, onda bir müddətdən sonra Qəzzafi gedəcək və bizim cəhdlərimiz uğurla nəticələnəcək. Lakin yenə deyirəm, hələ cəmi üç həftədir və mən NATO-nun indiyə qədər etdiklərindən razıyam”, – deyə ABŞ prezidenti bildirib.