Hesablama Palatası Milli Məclisə ƏƏSMN ilə bağıl ilginc faktların əks olunduğu hesabat təqdim edib
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini(ƏƏSMN) yoxlayarkən ciddi nöqsanlar üzə çıxarıb. Bu nöqsanlar əlil və şəhid ailələri üçün tikilmiş mənzillərin bölüşdürülməsi ilə bağlıdır. Araşdırmalar zamanı məlum olub ki, ƏƏSMN-nin inşa etdiyi binalarda 1098, icra hakimiyyətləri tərəfindən inşa edilmiş binalarda isə – cəmi 2106 mənzil istifadəyə verilib. Lakin müəyyən olunub ki, imtiyazlı şəxslərin mənzil növbəsində olmasına baxmayaraq, həmin binalarda 91 mənzil paylanıb.
Zərdab rayonunda 16 mənzilli, Qobustan rayonunda isə 8 mənzilli binalarda mənzil bölgüsü ümumiyyətlə aparılmayıb. Abşeron rayonunda 81 mənzildən 38-i, Yevlaxda 36 mənzildən 13-ü, Masallıda 36 mənzildən 6-sı, Saatlıda 16 mənzildən 2-si, Suraxanıda 81 mənzildən 2-si bölüşdürülməmiş qalıb. Paylanmamış mənzillərin 66-sı ƏƏCMN-in, 25-i isə icra hakimiyyətlərinin inşa etdirdiyi binalarda olub. Mənzil bölgüsü aparılmış binalarda bölüşdürülməmiş mənzillərin böyük əksəriyyəti ƏƏSMN tərəfindən inşa edilmiş yaşayış binalarının payına düşür.
Bu faktlar Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda da əks olunub. Xatırladaq ki, bundan əvvəl ünvanlı sosial yardımların verilməsində də cidid nöqsanlar aşkarlanmışdı. Bu məsələ hələ də müzakirə mövzusudur. Belə bir vaxtda ƏƏSMN ilə növbəti ilginc faktların açıqlanması nazir Füzuli Ələkbərov üçün yaxşı nəticə verməyə bilər. Bəzi məlumatlara görə, “antikorrupsiya şousu” çərçivəsində Füzuli Ələkbərovu qurban vermək üçün bu faktlar gündəmə gətirilib. Güman ki, Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatdan sonra Füzuli Ələkbərov postunu itirəcək.
İnformasiya şöbəsi



