Dünya nəhənglərindən Liviya bəyanatı

“Qəzzafi hakimiyyətdə qalarsa dünya vicdansız bir xəyanətdə günahkar olacaq”

ABŞ prezidenti Barak Obama, İngiltərənin baş naziri Devid Kameron və Fransa prezidenti Nikola Sarkozi Liviyada Müəmmər Qəzzafi rejiminin devrilməsi üçün dünya ölkələrinə müraciət ünvanlayıb.

Liderlər bu gün “The Washington Post”, “The Times” və “Le Figaro” qəzetlərində dərc olunan birgə qələmə aldıqları məqalədə “polkovnik Qəzzafi hakimiyyətdən gedənə qədər” Liviyadakı  hərbi əməliyyatları dəsətkləyəcəklərini bildiriblər: “Qəzzafi hakimiyyətdə qalarsa dünya vicdansız bir xəyanətdə günahkar olacaq. Diktatora qarşı dirənən vətəndaşların taleyini vicdansız qüvvələrə etibar etmək anlamı daşıyacaqdır”.
Liviyanın yenidən qurulmasına başlaya bilmək üçün Qəzzafinin bir daha dönməmək şərtilə vəzifəsindən getməli olduğunu söyləyən Obama, Kameron və Sarkozi dərhal atəşkəs elan olunması və diktaroun hakimiyyəti ailə üzvlərindən birinə ötürərək istefa verməsi təklifini rədd ediblər: “Öz xalqına qarşı qətliam törədən birinin gələcəkdə hökumətdə təmsil olunması qeyri-mümkündür”.

ABŞ, İngiltərə və Fransa liderləinin birgə hərəkət edərək belə bir məqaləyə imza atması Liviyadakı əməliyyatlar üçün çox əhəmiyətlidir. Çünki martın 31-də ABŞ Qəzzafi rejiminə qarşı hərbi əməliyyatların NATO kamandanlığına verilməsindən sonra geri çəkilmiş və hərbi təyyarələrini arxa cəbhəyə göndərimişdi. Ağ Evin bu qərarı həm ABŞ-da, həm də Avropada narazılıqla qaşılanmışdı. Bu arada üç gün davam edən müzakirələrdən sonra belə bir məqalənın yayılması beynəlxalq ictimaiyyətin Liviya məsələsində prinsipiallığını artdığının işarəsidir.

İnformasiya şöbəsi