Şəhər sakinlərinin sənədli-sübutlu obyektləri yerlə-yeksan edilir
Eldar Əzizov Sumqayıta icra başçısı göndəriləndən bəri bu şəhərdə “abadlıq işləri” adı altında kütləvi söküntülər gedir. Mağazaları, kafeləri, çayxanaları və s. obyektlərin sökülməsinə göstəriş də birbaşa icra hakimiyyəti rəhbərliyindən gəlib. Ən pisi odur ki, bu məsələdə obyektlərin qanuni fəaliyyət göstərməsi, sahibkarların əllərindəki sənədlər də heç nəyi həll eləmir. Bu özbaşınalığa etiraz edən obyekt sahiblərinin səsini isə eşidən yoxdur.
Sökülən çayxanalardan birinin sahibi Ramil Abuşov baş verənlər barədə “Azadlıq” radiosuna bunları deyib: “Bizə aprelin 11-də Memarlıq və Şəhərsalma Idarəsindən Şəhərin planına uyğunÿ gəlməyən obyektlərdə ÿfasad dəyişikliyi edilməsi barədə bildiriş gəlib. Biz aprelin 12-si bununla bağlı idarəyə müraciət etmək istəyərkən artıq çayxanamızın qarşısında polislər və ekskovator var idi. Onlar çayxananın icra hakimiyyəti tərəfindən sökülməsi ilə bağlıÿ göstəriş verildiyini dedilər. Bu ərazidə ”Imperial” banket zalı da var idi. Bizim çayxana ilə birgə onu da əllərində heç bir sənəd olmadan sökdülər”.
O qeyd edib ki, bununla bağlı Icra hakimiyyətinə müraciət etsələr də, onları qəbul etməyiblər.
Aprelin 12-də dəÿ oxşar aqibətlə üzləşdiklərini deyən R.Abuşovun sözlərinə görə, onların çayxanaları Sovet dövründə tikilib və babasınınÿ adına olub. 1996-1997-cı ildə özəlləşdirilib. 2010-cu ildə isə Daşınmaz Əmlakın Dövlət Reysteri tərəfindən Ramil Abuşova məxsusluğu təsdiqlənib”.
Polis idarəsi üçün ağacları kəsirlər
Sumqayıtda yaşayan oxucumuzdan “Azadlıq”a başqa bir maraqlı xəbər daxil olub. Oxucu bildirir ki, şəhərin Nizami küçəsindəki parkın böyük bir hissəsi hasara alınıb. Parkın yaxınlığında yaşayan sakinlərə deyilib ki, burada Sumqayıt Şəhər Polis Idarəsi üçün yeni bina tikiləcək: “Ərazidə 100-dən çox ağac var. Həmin ağaclar parkda 40 il bundan əvvəl əkilib”.
Sumqayıt sakinləri ekoloji vəziyyəti onsuz da yaxşı olmayan şəhərdə ağacların kəsilməsindən narahatlıqlarını bildirirlər. Yada salaq ki, bir müddət əvvəl Sumqayıtda Sülh küçəsində 100-dən çox ağacı kəsərək, yerində bank tikintisinə başlayıblar.
Elmin