Mübarək və oğullarının məhkəmə tarixi bilindi

Xalq etirazları qarşısında 17 günlük dirənişdən sonra fevralın 11-də istefaya gedən Misir lideri Hüsnü Mübarək və oğulları Cama və Alaa aprelin 19-da məhkəməyə çıxarılacaq.

İsrailin “Haaretz” qəzeti Misir dövlət televiziyası devrilmiş diktator və oğullarının korrupsiya və vəzifədən sui-istifadə ittihamıyla əlaqədar gələn həftə paytaxt Qahirədəki məhkəməyə çıxarılacağını bildirib.

Xatırladaq ki, Misir prokurorluğu hakimiyyət əleyhinə keçirilən mitinqlər zamanı etirazçılara atəş açılması əmri verməklə də günahlandırdığı Mübarək və oğulları Alaa və Camal barəsində 15 günlük həbs-qətimkan tədbirinin seçildiyini açıqlamışdı. Həbs müddətinin artırılacağı istinsa olunmur. Devrilmiş diktator Şarm əl Şeyxdəki klinikadan Qahirədəki hərbi hospitala köçürülüb. Onun oglanları isə həmin şəhərdəki Tora həbsxanasında saxlanılır.

İnformasiya şöbəsi