Fəthi Sərur korrupsiyada günhalandırılır
Hüsnü Mübarək komndasının daha bir üzvü həbs həyatı yaşamalı olacaq. Misir parlamentinin keçmiş spikeri Fəthi Sərur qanunsuz varlanma və korrupsiya ittihamı ilə başlanılan cinayət işi üzrə 15 günlük azadlıqdan məhrum edilib. Bu barədə məlumatı “Əl-Ərəbiyyə” telekanalı yayıb. Xəbərə görə, eks spikerin həbs müddətinin arıtırılacağı istisna olunmur.
Xatırladaq ki, Misirin devrilmiş diktatoru Hüsnü Mübarək və onun oğulları da həbs olunublar. Onlar aprelin 19-da məhkəmə qarşısına çıxarılacaqlar. Bundan başqa Mübarək hakimiyyətinin prezident administrasiyası rəhbəri, baş nazir və digər yüksək vəzifəli şəxsləri həsb olunublar. Onlardan bəzilərinin ölkədən çıxışı qadağan edilib.
İnformasiya şöbəsi