Ben Əlinin həbsinə hazırlıq gedir

Tunisin devrilmiş liderinə qarşı 18 maddəlik ittiham irəli sürülüb

 

Tunis hakimiyyəti devrilmiş diktator Zeynal Abidin bin Əliyə qarşı 18 maddə üzrə ittiham irəli sürüblər. Eks prezident qətl törətməkdə, dövlətə qarşı çıxmaqda, qanunsuz əmlak əldə etməkdə və narkotik maddələrin qanunsuz dövriyyəsinin təşkilində ittiham olunur.

 

Ümumilikdə sabiq prezidentə və ailə üzvlərinə qarşı müxtəlif epizodlar üzrə 44 cinayət işi başlanıb. Hazırda Tunis hakimiyyəti devrilmiş diktatorun Səudiyyə Ərəbistanından geri qaytarmağın qanuni yollarını araşdırır. Artıq bununla bağlı İnterpola rəsmi müraciət də olunub.

İnformasiya şöbəsi