Devrilmiş diktatorun həbsi an məsələsədir
Xalq etirazları qarşısında 17 günlük dirənişdən sonra istefa vermək məcburiyyətində qalan Misirin 32 illik diktatoru Hüsnü Mübarəkin həbs olunması artıq an məsələsidir. Devrilmiş liderin və ailə üzvlərinə qarşı dövlət əmlakını talamaq maddəsi ilə iddia qaldırılıb. Misirin baş prokuroru Əbdülməcid Mahmud Hüsnü Mübarəki dövlət müliyyətinin mənimsənilməsi və müxalifət tərəfdarlarının mitinqlər zamanı etirazçıların öldürülməsiylə bağlı ifadə vermək üçün məhkəməyə şağırıb.
Baş prokuror Əbdülməcid Mahmud beynəlxalq ictimaiyyəti Misir xəzinəsindən oğurlanan pullarla bağlı da məlumatlandırıb. Onun ABŞ-a göndərdiyi bir sənəddə keçmiş diktatorun və oğulları Camal ilə Alaa Mübarəkin ölkə qanunlarını pozaraq dövlət xəzinəsindən pul oğurlaqları, atalarının nüfuzundan öz şəxsi maraqları naminə istifadə etdiklərini və müxtəlif fırlıdaqlarla topladıqları pulları fərqli-fərqli bank hesablarına yatırdıqları göstərilib.
“The Washington Post” qəzetinin yazdığına görə, bu ilin fevralında xalq etirazları nəticəsində istefa verən Hüsnü Mübarək və ailəsinin müxtəlif yollarla oğurladıqlar nəğd pulun miqdaır 700 milyard dollardan artıqdır. Baş prokuror tərəfindən “Hüquqi Yardım” adıyla qələmə alınan və ABŞ-dan başqa digər ölkələrə də göndərilən ərəbcə yazılan sənəd 12 səhifədən ibarətdir.
Hazırda Misirin turiz şəhəri Şarm əl Şeyxdəki rezidensiyasında ev dustağı olan Hüsnü Mübarək xalqa müraciət ünvanlayıb. Devrilmiş diktatorun müraciəti “Əl Ərəbiyyə” peyk televiziyası ilə yayımlanıb. Eks-prezident özü və ailəsi haqqında irəli sürülən bütün korrupsiya ittihamlarını rədd edib. “Mən özümün və ailəmin üzləşdiklərimizdən – nüfuzumu, təmiz adımı, hərbçi və siyasətçi həyatımı ləkələyən ədalətsiz yalan və ittihamlardan kədər və təəssüf hiss keçmirməkdə davam edirəm”.
Hüsnü Mübarək bildirib ki, o, dövlətin və xalqın maraqlarını hər şeydən üstün tutaraq, prezident vəzifəsindən imtina edərək siyasi həyatdan kənarlaşmaq qərarına gəlib. Devrilmiş diktator özü və ailəsi haqqında korrupsiya ittihamlarını “əsassız” adlandırıb. O, var-dövləti ilə bağlı şayiələrə də münasibət bildirib. Mübarəkin sözlərinə görə, xaricdə heç bir bank hesabı yoxdur, heç vaxt hakimiyyətdən sui-istifadə etməyib:“Mən özümün və ailəmin nüfuzunun müdafiəsi üçün bütün qanuni hüquqlarımdan istifadə edəcəm.
Devrilmiş diktatorun baş naziri də həbs olundu
Misir mətbuatının yaydığı başqa bir məlumat görə, Hüsnü Mübarəkin hakimiyyəti illərində baş nazir postu tutmuş Əhməd Nazif srağagün maliyyə prokurorluğunda korrupsiya itihamları üzrə dindirilib. Yeddi satalıq dindirilmə prosesinədn sonra prokurorluq keçmiş hökumət başçısı barəsində 15 günlük həbs-qətimkan tədbiri seçib. Lakin bu müddətin artırılacağı gözlənilir.
Xatırladaq ki, yanvarın 25-də Misirdə baş vermiş xalq üsyanı nəticəsində Mübarək hakimiyyətinin sona çatmasında sonra korrupsiyada ittiham olunan keçmiş yüksək vəzifəli şəxslər barəsində onlarla cinayət işi başlanıb. Hazırda daxili işlər, maliyyə, turizm, mənzil və kommunal təsərrüfat, informasiya nazirləri həbsdədirlər. Bəzi nazirlər isə ev dustağıdır.
İnformasiya şöbəsi