Eks-prezidentin daha bir naziri isə korrupsiyaya görə həbs olundu
Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin oğlu Camal Mübarək gələn həftə korrupsiya ittihamlarıyla bağlı istintaqa ifadə verəcək. Rəsmi media oğul Mübarəkin varidatının mənbəyi haqda sorğu-sual olunacağını yazıb.
Bundan başqa, Hüsnü Mübarək hakimiyyəti dönəmində yüksək post tutan daha bir məmur həbs olunub. Ölkənin təhlükəsizlik qüvvələrindəki mənbənin sızdırdığı məlumata görə, Misirin keçmiş əmlak naziri Ibrahim Süleyman vaxtilə vəzifə səlahiyyətlərini aşaraq korrupsiya hallarına yol verməkdə ittiham olunur.
Xatırladaq ki, Hüsnü Mübarəkin devrilməsindən sonra onunla birgə 47 nəfər vaxtilə yüksək vəzifə tutmuş şəxsin ölkədən çıxışı yasaqlanıb. Onların ölkənin daxilində və xaricindəki varidatına həbs qoyulub.
İnformasiya şöbəsi