kerimli31

Əli Kərimli izlənilir

AXCP sədri təqib olundu; onu müşayiət edən cəbhəçilər həbsdən zorla yaxa qurtardı

AXCP sədri Əli Kərimlinin avtomobili izlənilir. AXCP sədrini müşayiət edən cəbhəçilər dünən bu faktın şahidi olublar. Əli Kərimli evinə gedərkən bəlli olub ki, 2-si “Tofaş”, 1-i isə “Ford” markalı maşın AXCP sədrinin olduğu avtomobilin arxasınca düşüb. Avtomobillərin hər üçü boz rəngdə olub. Əli Kərimlini müşayiət edənlər avtomobillərdən yalnız “Ford”un nömrəsini görə biliblər: 10–421. Cəbhəçilər Əli Kərimlini evində düşürdükdən sonra piyada geri qayıtmaq istəyiblər. Bu zaman həmin avtomobillərdə olan naməlum şəxslər onları tutmağa çalışıb. Lakin cəbhəçilər onlardan yayına bilib və cəld taksiyə minərək ərazidən uzaqlaşıblar.

İnformasiya şöbəsi