İyunda ABŞ-da Harvard Universitetində məşhur Azərbaycan tarixçisi, parlamentin keçmiş deputatı, BDU-nun professoru Cəmil Həsənlinin «1945-1953-cü illərdə soyuq müharibə illərində Stalin və Türkiyə böhranı» adlı monoqrafiyasının təqdimatı keçiriləcək.
Bu əsər professorun İkinci Dünya Müharibəsi illərində və müharibədən sonra Stalinin vəfatına qədər Sovet-Türkiyə münasibətləri tarixi üzrə fundamental tədqiqatının ingilis dilinə tərcüməsidir.
Həsənli kitab üçün materialları bir neçə ölkənin arxivlərindən toplayıb. Bu sənədlərin əksəriyyəti nadirdir. Onlar SSRİ-nin müharibədən dərhal sonra Türkiyənin şərq vilayətləri ilə bağlı planlarına və iddialarına fərqli baxmağa və onların səbəbini, 1948-ci ildə ermənilərin dünyanın bir çox ölkələrindən Ermənistana köçürülməsinin və eyni zamanda azərbaycanlıların oradan deportasiyasının səbəblərini anlamağa imkan verir (“Turan”).