Tatlısəs Almaniyaya aparıldı (FOTO)

Martın 14-də uğradığı silahlı hücumda başından güllələnib ağır yaralanan Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs müalicəsini davam etdirmək üçün Almanyaya göndərilib. Müğənnini Almaniyaya aprelin 5-dən 6-na keçən gecə Türkiyə Səhiyyə Nazirliyinə məxsus xüsusi təyyarə ilə yola salıblar. Hava limanına Tatlısəsi görmək üçün çoxlu sayda pərəstişkarları və jurnalistlər toplaşıb. Lakin yaxınları və polis qüvvələri Tatlısəsin xərəyini dövrəyə alaraq ona yaxınlaşmağa imkan verməyiblər. Buunla belə kameralar sənətçinin görüntülərini qeydə ala bilib. Kadrlardan görünür ki, Tatlısəsin saçları kəsilib, bənizi ağarıb. Təyyarəyə mindirildiyində isə Tatlısəs oğlu İdonun əlini öpür, sağ əlindəki dəsmalla üzünü silir.
Tatlısəsin Münhendə müalicə alacağı bilinsə də, məhz hansı xəstəxanada olacağı açıqlanmayıb.