İsa Qəmbər hakimiyyətə xəbərdarlıq etdi

Müsavat başqanı: «Etirazçı elektorat iki il bundan əvvəlki deyil və hər dəfə küçələrə daha çox sayda narazı çıxır»

Postsovet məkanında Azərbaycan hakimiyyəti ən çox Şimali Afrikanın və Orta Şərqin dağılmaqda olan rejimlərinə bənzəyir. Bunu Müsavat Partiyasının sədri Isa Qəmbər “Obyektiv TV”-yə müsahibəsində deyib.
Siyasi dinastiyanın imitasiyası göz önündədir ki, bu da demokratiya üçün qətiyyən məqbul deyil. Avtoritar idarəetmə metodları, maliyyə, hərbi və siyasi hakimiyyətin birləşdirilməsi, iqtisadiyyatda mütləq inhisarlar Azərbaycanı Liviya ilə yaxınlaşdırır.
Ictimai Palatanın təşəbbüsü ilə aprelin 2-də keçirilmiş etiraz mitinqindən sonra ölkə hakimiyyəti və beynəlxalq demokratik birliklər müvafiq nəticələr çıxarmalıdır. Mitinq xalqın əzmkarlığını, həmçinin demokratik islahatların vacibliyini və qaçılmaz olduğunu göstərdi. Bütün bunlar hakimiyyət üçün mesajdır. Mitinq həmçinin göstərdi ki, eyni vaxtda həm demokratik dəyərlərdən danışmaq, həm də avtoritar quruculuğu dəstəkləmək olmaz, bu, beynəlxalq təşkilatlara aiddir”, – Qəmbər vurğulayıb.
Hakimiyyət əvvəllər deyirdi ki, müxalifət yoxdur, əhali isə prezidentin kursunu dəstəkləyir. Bu gün isə hakimiyyət ölkəni doğru yola aparmayan radikal müxalifətdən danışır.
Ilk növbədə hakimiyyət mitinqçiləri azad etməli, adamların baxışlarına görə təqib olunmasına son qoymalı, siyasi məhbusları azad etməli, real söz, toplaşma, KIV  azadlığını təmin etməlidir.
Sonra düzgün parlament seçkiləri keçirilməli və tədricən Milli Məclisə siyasi sistemdə aparıcı rol verilməlidir.
Kütləvi repressiyalara, DIN və ordunun xəbərdarlıqlarına baxmayaraq, etirazçı elektorat iki il bundan əvvəlki deyil və hər dəfə küçələrə daha çox sayda narazı çıxır. Onların arasında cəmiyyətin bütün təbəqələrinin nümayəndələri var.
Tələbələrin 11 və 12 mart aksiyaları müsavatçıların aksiyası idi. Lakin aprelin 2-də bir neçə partiya və ictimai-siyasi hərəkatlar öz səslərini qaldırdılar.
Aprelin 9-da Ictimai Palata sessiya keçirəcək.
Sessiyada genişlənən siyasi fəallıq müzakirə olunacaq və yaxın perspektiv üçün plan müəyyən olunacaq. Aprelin 16-na isə növbəti mitinq təyin olunur. Ictimai Palatanın qapıları baxışları, dünyagörüşü, cəmiyyətdəki mövqeyi bu qurumun müəyyən tələblərinə uyğun olan bütün siyasi və ictimai hərəkatlar üçün açıqdır(Turan).