AFFA “lipa” futbolçular tapdı

Baş məşqçi saxtakarlığa görə 12 aylıq futbolla bağlı fəaliyyətdən kənarlaşdırıldı

Aşağı yaş qrupları üzrə keçirilən Azərbaycan çempionatında “lipa” futbolçular aşkarlanıb. AFFA-dan verilən məlumata görə, U-14 liqasında keçirilən oyunlarda “Təhsil” (Bakı) klubunun heyətində futbolçu Əsədov Fəqanın əvəzinə Mahmudov Hümmət iştirak edib. Adıçəkilən futbolçunun iştirak etdiyi bütün oyunlarda klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bundan başqa, aprelin 2-də U-13 liqasının “Abşeron” “ ”Şahdağ” qarşılaşması başlamazdan əvvəl “Abşeron”un heyətində futbolçu Məhərrəmov Mikaminin sənədlərinin düzgün olmadığı aşkar edilib. Bu faktı klubun baş məşqçisi də təsdiqləyib. Baş məşqçi futbolçunun lisenziyasını özünün düzəltdiyini etiraf edib. Bu səbəbdən də, saxta sənəd düzltdiyi və həmin sənədi yarışları keçirən departamentə təqdim etdiyi üçün U-13 liqasında çıxış edən “Abşeron” klubunun baş məşqçisi Vüqar Hüseynov 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.