İctimai Palatanın Qubadlı təşkilatı yaradıldı

Palatanın bölgələrdə dayaqları artır

İctimai Palatanın Qubadlı rayonunda da yerli təşkilatı yaradılıb. Sumqayıt şəhərində keçirilən toplantıda AXCP, KXCP və Müsavat Partiyasının Qubadlı rayon təşkilatlarının sədrləri iştirak ediblər.
Bu barədə qəzetimizə AXCP-nin Qubadlı rayon təşkilatının sədri Allahverdi Hüseynov məlumat verib. O bildirib ki, önümüzdəki günlərdə Ictimai Palatanın Qubadlı rayon təşkilatının geniş toplantısı keçiriləcək və Palataya üzvlük məsələsinə baxılacaq.

E.Həsənli