Kəmaləddin Heydərov inqilaba hazırlaşır

Hakimiyyət daxilində İlham Əliyevin iqtidarı saxlaya bilməyəcəyi rəyi formalaşıb

 

Ərəb inqilablarından sonra ciddi təşviş içində olan Ilham Əliyevə artıq hakimiyyət daxilində inam qalmayıb. Bu barədə “Azadlıq”a iqtidardaxili mənbə məlumat verib. Məlumata görə, hakimiyyət daxilində belə rəy formalaşıb ki, Azərbaycanda inqilabi proseslərə start veriləcəyi təqdirdə Ilham Əliyev iqtidarı qoruyub saxlaya bilməyəcək. Ona görə də iqtidardaxili qruplar qabaqlayıcı tədbirlər görməyi planlaşdırırlar.
Mənbənin sözlərinə görə, xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və onun rəhbərlik etdiyi qruplaşma fəallıq göstərir. “Fövqəlnazir” yaxın çevrələrinə bildirib ki, Ilham Əliyev hakimiyyəti qorumaq iqtidarında deyil. Bu isə təbii olaraq onlar üçün acı sonluqla nəticələnə bilər. Bu baxımdan Kəmaləddin Heydərov yaxın ətrafına inqilaba hazırlaşmağı tapşırıb. Məlumatlarda deyilir ki, “fövqəlnazir” Ilham Əliyevin hakimiyyəti əldən verə biləcəyindən ehtiyat edərək özü inqilab etmək sevdasına düşüb. Məlumatlarda digər qruplaşmaların da analoji plan üzərində işlədiyi bildirilir. Bu isə o deməkdir ki, artıq hakimiyyətdə də Ilham Əliyevin sonunun çatmasının fərqindədirlər.

 

İnformasiya şöbəsi