Turqut Ər erməniləri ifşa etdi

Erməni problemi və Xocalı soyqırımı

Ermənilərin Türk millətinə qarşı ən böyük xəyanəti

“Azadlıq”ın oxucularına yaxşı tanış olan Türk diplomat Turqut Ər bu günlərdə mərkəzi ofisi Ankarada yerləşən “Milli Düşüncə Mərkəzi”nin təşkil etdiyi bir toplantıda “Erməni məsələsi və Xocalı soyqırımı” mövzusunda mühazirə ilə çıxış edib. 4 saatdan artıq davam edən tədbirdə bir neçə yüz nəfər iştirakçı olub. Dinləyicilər, əsasən, alimlərdən, tələbələrdən, media mənsublarından, diplomatlardan və keçmiş hərbçilərdən ibarət olub. Turqut Ərin bu toplantıdakı maraqlı çıxışını oxucularımıza təqdim edirik.

“Ermənilərə tarixi xoşbəxtliyi türklər vermişdir”

Ermənilər XI əsrə qədər sırayla farsların, makedoniyalıların, selevkitlərin, romalıların, partların, sasanilərın, bizanslıların və ərəblərin hakimiyyəti altında yaşayıblar. Türklərin 1071-ci ildən etibarən Anadolu coğrafiyasına hakim olmaları Bizans imperiyasının zülmündə inləyən erməniləri sevindirmişdir. Türk hakimiyyəti erməni kilsəsini himayə etmiş, bu xalqa tətbiq olunan ağır vergiləri ləğv etmişdir. Ermənilər ölkə daxilində sərbəst səyahət, ticarət, ibadət, təhsil və bir sıra azadlıqlar əldə ediblər. Erməni tarixçilərdən urfalı Mateos 129 saylı xronoloji kitabında yazırdı: “Səlcuq sultanı Məlikşah, erməni xalqına sülh və xoşbəxtlik gətirdi”.

Böyük Fateh Mehmetin ermənilərə geniş səlahiyyətlər verməsi

Osmanlı dövlətinin qurucusu Osman Qazi ermənilərin ayrı bir etnik halında təşkilatlanmalarına izn vermiş və üstəlik, Qərbi Anadolu ərazisində ilk erməni dini mərkəzinin Kütahya şəhərində qurulmasına da qarşı çıxmamışdır. Böyük Türk xaqanı Fatih Sultan Mehmet xan Istanbulu fəth etdikdən sonra erməni patriarxlığının qurulmasını əmr etmiş və hətta ermənilər arasında din və vicdan azadlığının inkişafına təminat yaratmışdır. Dolayısıyla erməni patriarxlığı öz əmrləriylə ruhani rəisləri təyin etmə, onların təyinatlarını həyata keçirmə, dini ayinləri qadağan etmə, öz soydaşlarından vergi toplama, həbs cəzası vermə, nikah məsələləri, eləcə də bir sıra sosial, maliyyə və hüquqi səlahiyyətlər əldə etmişdilər.

Ermənilərin ali irqə çevrilməsi

Ermənilər dövlətin təmin etdiyi yüksək imtiyazlar sayəsində “Millet-i Sadıka” (Millətə sadiqlik) ali adına qovuşmuşdular. Dövlət içində postlar tutan və yüksək gəlirlər əldə edən ermənilər 29 paşa, 22 nazir, bir çox millət vəkili, 7 səfir, 11 baş konsul və yüzlərlə yüksək rütbəli məmurlarla Osmanlı Dövlətinə xidmət göstəriblər. Sonradan hərbi xidmətə çağırılmaları ermənilərin sonrakı dönəmlərdə Türk millətinə və Türk vətəninə edəcəkləri xəyanətlərin yuvası olacaq silahlı qruplaşmaların qurulmasına yol açmışdır. Ermənilər XIX əsrin son illərinə qədər Türk dövlətiylə bir problem yaşamamışdır. Fəqət türk tarixində “93 Hərbi” olaraq adlandırılan 1877-78 Osmanlı-Rus müharibəsindən sonra Şərqi Anadolunun bir hissəsini işğal edən Çar Rusiyasına arxalanmağa başlayıblar. Ermənilər rusların Şərqi Anadoludan çəkilməmələrini, bölgəyə muxtar idarəçilik verilməsini, ermənilərin lehinə islahatlar aparılmasını tələb etmişdilər. Beləliklə, Türk dövlətində ilk dəfə bir erməni problemi ortaya çıxmış və gedərək millətlərarası miqyasa çatmışdır. Bu tarixdən sonra ruslar, fransızlar və ingilislər Türk dövlətini parçalayıb bölüşdürmək üçün erməniləri təşkilatlandırmağa başlamış və dövlətimiz üçün təhdid halına gətirmişdilər.

Erməni dönüklüyü

Ruslar, ingilislər və fransızlar ermənilərin Türklərə qarşı terror təşkilatları qurmaları üçün bir çox işlər görüblər. Bunlardan erməni terror təşkilatı olan “Hnçak” 1870-ci ildə, “Armenikan” və “Daşnaksütyun” adlı gizli təşkilatlarını da 1890-cı ildə qurdurmuşdular. Erməni Daşnaksütyun təşkilatı 1972-ci ildə Avstriyanın paytaxtı Vyanadakı qurultayda yenidən təşkilatlanaraq canlanmışdı. 1975-ci ildə isə adı “Erməni Azadlığı Uğrunda Gizli Ordu” şəklində açıqlana biləcək “ASALA” terror təşkilatı kimi fəaliyyətə keçmişlər. “ASALA”nın bir qolu olan Erməni Azadlıq Cəbhəsi də 1979-cu ildə yaradılmışdır. Fransada da 1981-ci ildə “Orly Qrupu”, 1991-ci ildə isə “Erməni Soyqırımı Ədalət Komandaları” ilə Erməni Azadlıq Hərəkatı kimi bir neçə terror təşkilatları fəaliyyətə başlayıblar. Bu terror təşkilatları dünyanın müxtəlif hava limanlarında Türk hədəflərə qarşı terror aktları həyata keçirmişdilər. Bundan başqa, 1988-ci ildə Moskvada Erməni Birliyi adlı bir təşkilat daha qurulmuşdur. 2001-ci ildə isə Moskvada qurulan “Gekaron” adlı terror təşkilatı Qafqaz və Orta Asiya ilə Türkiyədəki Türk əsilli diplomat, iş adamı və dövlət məmurlarına qarşı sui-qəsdlər törədiblər.

“Qurtulmaq istəyirsənsə, öncə qonşunu öldür!”

Qərb ölkələri tərəfindən maddi və mənəvi olaraq dəstəklənən ermənilər 1890-1895-ci illərdən etibarən Ərzurum, Istanbul, Kayseri, Yozqat, Gürün, Samsun, Zeytun, Van, Adana kimi bir çox bölgələrdə Türklərə qarşı hücumlar həyata keçirmiş və bu hücumlarını getdikcə üsyanlara çevirə bilmişdilər. Erməni terror təşkilatları ruslar, ingilislər və fransızlardan təşkilatlanma və silah dəstəyi əldə etmiş, əlavə olaraq Türk dövlətinin güc itirməsindən istifadə edərək Çukurova ilə Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində silsilə terror aktları törətmişdilər. Şəhər, qəsəbə və kəndləri yağmalamış, yüz minlərlə türkü uşaq, qadın, yaşlı və gənc demədən qətlə yetirmişdilər. Vəhşiləşmiş terror komitələri tərəfdarlarına “qurtulmaq istəyirsənsə, öncə qonşunu öldür!” şəklində təlimatlar verirdilər. Bu vəhşicəsinə qətllər nəticəsində bir çox yaşayış məskənlərində barmaqla sayılacaq qədər türk qalmışdır.
ABŞ-da yayımlanan “Gosnak” qəzetinin 24 may 1915-ci il tarixli sayında yer alan bir xəbərdə “Şərqi Anadolunun ən böyük vilayətlərindən biri olan Vanda min beş yüz türk qaldı” yazılırdı. Daşnak komitəsinin lideri Papazyan bir məqaləsində “Komitənin məqsədi dövlət adamlarına qarşı terror həyata keçirmək və dövlət idarələrinin inzibati binalarını dağıtmaqdır”, – deyə yazırdı.

Türk millətinə qarşı ən böyük xəyanət nə zaman başlandı?

Ermənilər Türk millətinə qarşı ən böyük xəyanəti və qətliamı I Dünya müharibəsi illərində həyata keçirmiş, dinc xalqa və dövlətə böyük zərərlər vurmuşdular. Hərbi xidmətə çağırılmış ermənilər Çar Rusiyasının lehinə casusluq etmiş, silahlarıyla birlikdə rus ordusunun tərəfinə keçmiş, ya da erməni silahlı birləşmələrinə qatılmışdılar. Rus əsgərləriylə, ya da qurduqları kiçik silahlı dəstələrlə birlikdə daha öncə yaşadıqları şəhər, qəsəbə və kəndlərə hücumlar həyata keçirmiş, yüz illər boyu birgə yaşadıqları qonşularını qəddarcasına öldürmüşdülər. Bu basqınlar nəticəsində türklərin yaşadığı yerlər dağıdılmış, xarabaya döndərilmişdi. Buna bir örnək olaraq Van vilayətinin Zəvə kəndinin bütün əhalisinin – uşaq, qadın və yaşlı demədən ermənilərin öldürməsini göstərmək mümkündür. Ermənilər bir tərəfdən Şərq cəbhəsində rus ordusunun tərkibində türklərə qarşı savaşmış, bir tərəfdən də arxa cəbhədə silahlı dəstələr quraraq kənd, qəsəbə və şəhərlərdəki müdafiəsiz türkləri məscidlərə, kənd klublarına və buna bənzər yerlərə doldurub qətlə yetirirdilər. Evləri və məhəllələri dağıdırdılar.
ardı var

Düşmənlik duyğularından doğan böhtan

Erməni hücumlarının davam etdiyi xəyanətlərlə dolu bir dönəmdə Türk dövlətini idarə edənlərin təcili tədbirlər həyata keçirməsi lazım idi. Bu məqsədlə ilk tədbir kimi 24 aprel 1915-ci ildə xüsusilə də başda Istanbul və başqa şəhərlər olmaqla erməni komitələri bağlandı. Ermənilərin öndə gələn liderləri – xəyanət qurumlarına dəstək verən və yardım edən 2345 nəfər həbs olundu. Erməni qrupları bu hadisədən sonra daha da azğınlaşdılar. Rus, ingilis və fransızların dəstəyi və yardımları sayəsində Türklərə yönəlik terror aktlarını artırdılar. Osmanlı Dövləti 27 may 1915-ci ildə bir qanun çıxardı. Bu qanuna əsasən dövlətə qarşı xəyanəti isbat olunanlar da daxil, cəbhə bölgəsindəki ermənilər ölkənin savaşdan uzaq bölgələrinə kütləvi halda məcburi köçürüldülər. Dövlətin çıxardığı bu qərar nəticəsində 1916-cı il oktyabrın sonuna qədər cəmi 702 min 900 nəfər köçürülərək xüsusilə də bugünkü Şimali Iraq, Suriya və Livan bölgələrinə yerləşdiriliblər. 1914-cü ilin rəsmi məlumatlarına görə, Osmanlı Dövlətinin sərhədləri daxilində 1 milyon 234 min 671 erməni yaşayırdı. Fransızların yayımladığı Sarı Kitabda yazılanlara görə, 1 milyon 500 min, “Britanica” toplusundakı məlumatlarda da 1 milyon 500 min, Lozanna konfransına qatılan erməni  nümayəndə heyətinin hesablamalarına görə, isə 2 milyon 200 min ermənin Osmanlı dövlətinin ərazisində yaşadığı göstərilirdi. Dolayısıyla ermənilərin və qondarma “soyqırım” qərarı verənlərin iddiaları düşmənlik duyğularına əsaslanaraq uydurulmuş xəyal və böhtandan ibarətdir.

Ən güclü Türk cümhuriyyəti

Bu günə qədər saxta “soyqırım” qərarlarını verənlərin məqsədi Osmanlı Dövlətinin parçalanmasından sonra yerinə qurulan Türkiyə Cümhuriyyətini təhdid etmək, dövləti parçalamaq və qondarma “Böyük Ermənistan” və “Kürdüstan”ın qurulmasını gerçəkləşdirməkdir…

ardı var