“Putinizm” Rusiyanı Yaxın Şərq ölkələri ilə eyni sıraya qoyacaq”
Rusiya Yaxın Şərqdəki ölkələri xatırladan avtoritar rejimə bənzəyir və baş nazir Vladimr Putinin 2012-ci ildə keçiriləcək prezident seçikisində qalib gələcəyi təqdirdə bu ölkə həqiqətən avtoritar dövlətə çevriləcək.
“Freedom House” beynəlxalq insan haqları təşkilatının direktoru Kristofer Uoker bu fikirdədir. Uoker deyib ki, daha 6 il və ya bir az da çox “putinizm” Rusiyanı Yaxın Şərqin bir çox ölkələri ilə eyni sıraya qoyacaq.
Uoker bildirib ki, Yaxın Şərq ölkələrinin avtoritar rejimləri xalqın demokratik islahatlar keçirmək tələbələrinə tabe olarkən, Rusiyada sistemli korrupsiya daha aydın şəkildə özünü biruzə verməyə başlayır.
“Freedom House” hesab edir ki, neftin qiymətinin artması da Putini Səudiyyə Ərəbistanın ssenarisi ilə hərəkət etməyə təhrik edəcək. Yəni Rusiya da bu ərəb ölkəsində olduğu kimi demokratik islahatların keçirilməsi tələblərinin qarşısını almaq üçün böyük miqdarda vəsaitlər ayırmalı olacaq. Amma təşkilat bu addımın daha pis nəticələrə gətirib çıxaracağına əmindir: “Rusiya da SSRİ-nin keçmiş respublikaları kimi eyni problemlərdən əziyyət çəkir: pis idarəetmə və siyasi hakimiyyətin insanların kiçik qruplarının əlində cəmləşməsi.
Medvedevin müşaviri İqor Yurqens yanvar ayında deyib ki, Putin prezident kürsüsünə qayıtsa, Tunisdə olduğu kimi ölkədə etiraz dalğası qalxacaq”.