“Bizə demokratik və stabil Azərbaycan lazımdır” (YENİ)

ABŞ səfiri Əliyevi Mübarəkin yolu ilə getməməyə çaqırdı (VİDEO/MƏTN ƏLAVƏ OLUNUB)

 

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza martın 19-da “Azad Fikir Universiteti”nin xüsusi qonağı olub. Səfir Azərbaycan-ABŞ əlaqələri və Azərbaycanın inkişaf modelində insan hüquqlarının qorunmasının vacibliyi haqqında danışıb.
M.Brayza çıxışına keçməzdən əvvəl tədbirin təşkilatçısı «Azad Fikir Universiteti»ni əldə etdiyi uğurlar münasibətilə təbrik edib. Bildirib ki, təşkilat internetdən və informasiya əldə etməyin ən son nailiyyətlərindən uğurla istifadə edir:

– “Azad Fikir Universiteti” kimi azad müzakirə platformalarının mövcud olması çox vacibdir və belə qurumlar Azərbaycanda demokratiyaya ümid verir. Çünki müzakirələr açıq şəkildə baş verməsə, onlar qapalı məkanlarda davam edəcək, qapalı məkanlarda konstruktiv düşünən insanlar öz fikirlərini bölüşə bilməyəcək və onların dəlilləri eşidilməyəcək. Hazırda dünyada hər kəs Yaxın Şərqdə baş verənləri diqqətlə izləyir. Əlbəttə, həm Azərbaycandakı, həm də Qərbdəki insanlar bu hadisələrin Azərbaycan üçün nə dərəcədə önəm daşıdığı ilə bağlı suallar verirlər. Mən ümid edir və inanıram ki, Azərbaycan gələcəyə doğru addımlar atmaq üçün kifayət qədər resurslara, zamana və qabaqcıl düşüncəli şəxslərə malikdir.

Azərbaycan demokratiyada doğru yolu seçməlidir

Qərb dünyasında belə fikirlər səslənirdi ki, Misirin keçmiş prezidenti Hüsni Mübarək dünya ictimaiyyəti qarşısında iki seçim qoymuşdu: ya onun güclü avtoritar hakimiyyəti ya da ki, fundamental islam ekstremizmi. Bu iki ssenari Azərbaycan üçün uyğun deyil və istənilməzdir. Biz ümid edirik ki, Azərbaycan üçüncü yolu – qızıl ortanı seçəcək: bu da liberal-demokratiyadır. Bu, Azərbaycanın bütün vətəndaşları üçün vacibdir. Azərbaycan vətəndaşlarının hamısı Konstitusiyanın 49 maddəsində təsbit olunmuş sərbəst toplaşmaq azadlığı hüququna sahibdir. Əgər bu cür məkanlarda açıq fikir mübadiləsinin aparılması mümkün olmasa, o zaman bu kimi fəaliyyətlər gizlin şəkildə aparılacaq. Biz ümid edirik ki, bu cür fəaliyyətlər gizli deyil, açıq şəkildə həyata keçiriləcək. Ümid edirəm ki, həm əvvəllər, həm də paytaxtdakı son aksiyalar zamanı saxlanılan şəxslər müvafiq prosedurları keçdikdən sonra qanunvericiliyə əsasən rəftar görəcəklər. Əks təqdirdə, Azərbaycan hökumətinin Konstitusiyaya, qanunlara, beynəlxalq normalara və üzərinə götürdüyü öhdəliklərdə əksini tapan fikir, sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşdığına şübhə yarana bilər.

Söz və mətbuat azadlığının təmin olunması vacibdir

Əlbəttə, çıxışımdan sonra sizin Azərbaycanda internetə çıxış və internet azadlığına məhdudiyyətlər barədə fikirlərinizi eşitmək istərdim. Bizim müşahidələrimizə əsasən internetdən və «facebook»dan istifadə ilə bağlı məhdudiyyətlər görməmişik. Amma dolaşan şaiələrlə bağlı fikirlərinizi bilmək istəyirik. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, dövlət katibi Hillari Klinton internet azadlığı ilə bağlı iki dəfə fikirlərini ifadə etmişdi. Bu çıxışların birincisi 2010-cı il yanvarına, ikincisi 2011-ci ilin fevralına təsadüf edir. Mən Azərbaycana təyinatla gəlməmişdən əvvəl dövlət katibi dünyanın müxtəlif ölkələrindən olan səfirlərimiz üçün bir görüş təşkil etmişdi. Məqsəd fikir mübadiləsi apararaq dünyanı daha yaxından tanımaq idi. Müzakirə apardığımız məsələlərdən bir də «Yeni media»nın yaratdığı imkanlar idi. Bu imkanlar demokratiya və söz azadlığının daha da möhkəmlənməsinə aparır. Hüsni Mübarəkin dediyi iki seçim arasında Azərbaycana yardım elədiyimiz zamanda söz və mətbuat azadlığının təmin olunması vacibdir. Azərbaycanın “Hüsni Mübarəkin iddia etdiyi iki seçim”i bir kənara qoyub üçüncü yolla irəliləməsi üçün bir sıra başqa amillər də var. Təhsil çox mühümdür. Bununla yanaşı, qadınlara bərabər hüquqların tanınması, onların təhsil alması da önəmlidir. Təhsil vasitəsilə meydana çıxan tənqidi düşüncə olmadan bu cür debatlar mümkün olmur. Müxtəlif baxış bucaqlarının yaradılması, məhz, belə debatlarda ortaya çıxan fikirlərin emal olunması nəticəsində yaranır. Əgər qızlar ailə üzvləri tərəfindən məktəbə getməməyə dəvət olunursa, o zaman toplum onların cəmiyyətə verə biləcəyi xeyirdən məhrum olur. Əgər cəmiyyətin statistik əlli faizini təşkil edən xanımlar eyni bərabər təhsil hüquqlarına malik olmursa, cəmiyyətdə demokratik islahatlardan danışmaq yersizdir.

Azərbaycanda səhiyyənin göstəriciləri həyəcan doğurur

Eyni zamanda, Azərbaycan vətəndaşları üçün etibarlı səhiyyənin olması da vacibdir. Azərbaycanın səhiyyə ilə bağlı statistika göstəriciləri çox həyəcanvericidir. Burada xüsusilə, vərəm xəstəliyi qeyd olunmalıdır. Mən sadə Azərbaycan vətəndaşları ilə söhbət etdikcə onların dilindən bu fikri eşitdim ki, Azərbaycanda səhiyyə sistemi sadə vətəndaşların qeydinə qalmır. Azərbaycan hökuməti onların gündəlik tələbatlarını ödəmir. Əgər Azərbaycan biz dediyimiz «qızıl ortanı» seçmək istəiyrsə, vətəndaşlarına hökumətə bu sahədə kömək etmək üçün şərait yaratmalıdır. Hesab edirəm ki, səhiyyə sahəsindəki islahatlar konkret nəticələrin yaranmasına gətirib çıxaracaq. Biz səfirlik olaraq diplomatik əlaqələrimizdə təhsilə, qadın hüquqlarına və səhiyyə problemlərinə diqqət yönəltməyə çalışırıq. Bir sözlə, açıq debatların zərurəti bizim həmişə Azərbaycanda vurğuladığımız və qeyd etdimiz daxili islahatlar məsələsini əhatə edir.

***

ABŞ-la Azərbaycanın əlaqələri barəsində danışanda əsasən üç istiqamətə diqqət yetiririk. İndiyə qədər danışdıqlarım diqqət yetirdiymiz sahələrdən birini əhatə edirdi. Bundan başqa bizim daha iki strateji istiqamətimiz var. Bunlar enerji və təhlükəsizlik sahəsidir. Sonuncu da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi əsas prioritet təşkil edir. Mən çıxışım zamanı əsas diqqəti daxili islahatlara yönəltdim. Çünki hesab edirəm ki, «Azad fikir institu»nun mövcudluğu əsasən bu fikirlərə bağlıdır.

Metyu Brayza: “Azərbaycan-ABŞ münasibətləri” from afumedia on Vimeo.

Demokratik islahatlar və Qarabağ problemi qarşılıqlı bağlıdır

Daha sonra ABŞ səfiri tədbir iştirakçılarının suallarını cavablandıraraq, fikirlərini dinləyib.

Sual: Bilmək istərdik nə vaxta qədər ABŞ Azərbaycanda demokratiyanı enerji resursları ilə bağlı maraqlarına qurban verəcək?

M.Brayza: Bu sual yox, daha çox fikir ifadəsidir. Qarşılıqlı bir sual vermək istərdim. Siz nə istəiyrsiniz: biz enerji sahəsindəki investisiyalarımızı, fəaliyyətimizi dayandıraq?

Sual: Xeyir, bunu istəmirəm. Sadəcə olaraq, onu istəyirəm ki, hər saxta seçkidən sonra bunun demokratiyaya doğru bir addım olduğu vurğulanmasın.

M.Brayza: Maraqlıdır, biz hər zaman Azərbaycan rəsmilərindən tənqidlər eşidirik ki, nəyə görə siz seçkiyə qiymət verərkən onu demokratiyaya doğru bir addım kimi qiymətləndirməmisiniz. Mənim və prezident Obamanın ABŞ dövlət başçıları içərisində sevdiyi Avraam Linkolnun bir fikri var: siz bütün cəmiyyəti yalnız müəyyən müddət, onun bir qismini daim razı sala bilərsiniz. Amma hər kəsin həmişə sizdən razı qalması mümkün deyil.

Sual: Misir hadisələrindən sonra avtoritar rejimlərin “islam ekstremizmi kartı” əlindən çıxdı. Azərbaycan hakimiyyəti islam ekstrimizmindən çox istifadə etməsə də, amma bizim Qarabağ problemimiz var. Hər iki avtoritar rejim bu münaqişədən məharətlə istifadə edir. Biz Qarabağ «zinadınından» necə qurtula bilərik?

M.Brayza: Azərbaycan dünyəvi qanunlarla idarə olunan cəmiyyətdir və biz Azərbaycanın belə qalmasını istəyirik. Demokratik islahatlarla Qarabağ probleminin həlli məsələsi qarşılıqlı şəkildə bağlıdır. Hər iki ölkənin əhalisi münaqişənin sülh yolu ilə həllini istəyir. Biz isə sizə istəyinizdə yardımçı olmaq istəyirik. Demokratiya vətəndaşların istək və arzularının onların hökumətləri tərəfindən yerinə yetirilməsidir. Əgər vətəndaşlar hiss eləməsələr ki, dövlət onlar barəsində düşünür, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyinin münaqişənin həllinə ictimaiyyətdən dəstək alması çətin olacaq. Biz demokratiyanın münaqişənin sülh yolu ilə həllinə verdiyi dəstəkdən danışırıqsa, o zaman hər iki tərəfin vətəndaşlarının bir-birilə əlaqə yaratması normal hal olardı. Və hökumətin bu münaqişənin həllinin bu istiqamətdə getdiyini vətəndaşlara izah etməsi vacibdir. Eyni zamanda, hökumətlər izah etməlidir ki, vətəndaşlarının qarşı tərəfin vətəndaşları ilə əlaqə yaratması müsbət haldır. Vətəndaş cəmiyyəti  fəallarının Ermənistana səfərləri olur. Amma onlar Azərbaycana qayıtdıqları zamanı təzyiqlərlə üzləşirlər. Bunun qarşısı alınmalıdır. Eyni sözlər ermənilərə də şamil edilir. Düzünü desəm, müşahidə etmişəm ki, Azərbaycandan Ermənistana səfər edib, qayıdanlara təzyiqlər, Ermənistandan səfər edənlərə olan təzyiqlərdən daha güclüdür. Dövlət başçıları martın 5-də Soçi görüşündə vacib məsələr barədə razılığa gəliblər.  Düşünürəm ki, Qarabağ münaqişəsi Helsinki aktının prinsiplərinə əsasən həll olunmalıdır. Bu prinsiplərə görə tərəflər bir-birinə güc tətbiq etməməli, ərazi bütövlüyünü təmin etməli və xalqların öz müqədəratını təyin etməsini tanımalıdır.

Martın 12-də şəhərdə özümü rahat hiss edirdim

Sual: Martın 12-də Müsavat Partiyası şəhərin mərkəzində etiraz aksiyası keçirmişdi. Həmin gün siz ailənizlə birgə şəhərdə istirahət edirdiniz. Hakimiyyət aksiyalara şəhərin mərkəzində icazə verməməsini əhalinin istirahət hüququnun pozulması ilə izah edir. Sizin həmin gün istirahət hüququnuz pozuldumu?

M.Brayza: Siz doğru olaraq demokratiyaya təkan verilməsi üçün bir sıra amillərin vacib olduğunu vurğuladınız. Doğrudan da, demokratiyanın inkişafı üçün bir sıra məsələlərin qarşılıqlı əlaqəsi zəruridir. Amma mən fərqli ölkədən gəlmişəm, sizin vətəndaş deyiləm, səsvermədə iştirak etməmişəm. Bir diplomat olaraq müəyyən qaydalar çərçivəsində fəaliyyət göstərməliyəm. Bu qaydalara görə diplomat xarici ölkələrdə siyasi dəyişikliklərə təkan verə bilməz. Amma demək olmaz ki, bu, dünyanın heç bir ölkəsində baş vermir. Mənim diplomat olaraq vəzifəm ölkəmi təmsil etmək və Azərbaycan vətəndaşları ilə birgə işləyərək, onların arzularını reallaşdırmaqdır.
Cəmiyyətin müxtəlif sahələrində görüləsi çoxlu işlər var. Burada biz “toyuq birinci olub, yoxsa yumurta” kimi qəliz suallarla üzləşirik. Yəni ya siyasi sistemin bütövlükdə dəyişməsi yolu ilə demokratiyanın yaranmasına, ya da vətəndaşların dövlətlə əlaqələrinin yaxşılaşdırılması ilə demokratiyanın qurulmasına çalışılmalıdır.

Yumurta məsələsi və süni inhisarçılıq

Burada vurğulamaq yerinə düşər ki, bəzi fərasətli şəxslər Novruz bayramının yaxınlaşmasından istifadə edərək yumurtanın qiymətini qaldırdılar. Belə fikir oldu ki, bəzi qüvvələr bunu bilərəkdən edib ki, siyasi islahatların, demokratiyanın qarşısını alsın. Amma dövlət başçısının məsələyə müdaxiləsindən sonra vəziyyət dəyişdi. Yəni bu qarşılıqlı əlaqə insanların rəyinin eşidilməsinin nəticəsidirmi? Yaxud da ki, qanunun səmərəli işləməsinin nəticəsidir? Yoxsa anti-korrupsiya kampaniyasının təsiridir? Mən düşüncələrimi sizinlə bölüşürəm. Nə baş verdiyini anlamıram. ABŞ-ın USAİD agentliyi azad ticarətə dəstək verən bir sıra layihələr həyata keçirir. Bəzi məhsulların idxalı ilə bağlı inhisarçılıq mövcuddur. Bu proyektlər Azərbaycandakı ticarətdəki inhisarçılığa, həmin vasitələrin bəzi qüvvələrin əlində cəmləşməsinə həsr olunur. Məsələ ondan ibarətdir ki, cəmləşmiş qüvvənin səlahiyyətləri necə paylaşdırılmalıdır. Siz vətəndaşlar buna cavab verməlisiniz. Biz sizinlə iqtisadi-siyasi gücün paylaşdırılmasını müzakirə etməliyik…
Biz nümayiş başa çatdıqdan sonra Fəvvarələr Meydanına getdik və özümüzü yaxşı hiss edirdik. Bir neçə muzeyə də baş çəkdik.

“Şiə-demokratik dövləti” ifadəsi nə deməkdir?

Sual: İran probleminin Azərbaycana təsirini necə görürsünüz? Bir fikriniz də olub. Siz söyləmisiniz ki, Azərbaycan «şiə demokratik» dövlətidir. Bu fikrinizi izah edərdiniz?

M.Brayza: Bəzən mənim fikirlərim səhv tərcümə olunur. Mənim fikrim bundan ibarətdir ki, əgər Azərbaycan demokratik cəmiyyətin qurulmasında uğur əldə edə bilsə, əhalisinin əksəriyyətini şiə müsəlmanlar təşkil edən ölkələr üçün nümunə ola bilər. Hər bir cəmiyyətin özünə xas xüsusiyyətləri var. Türkiyədəki fəaliyyətim nəticəsində bu qənaətə gəlmişəm. Məsələn, Türkiyə cəmiyyəti hesab edir ki, Mustafa Kamalın ideyalarının davam etdirilməsi Türkiyəni fərqli edir və bu, düzgün yoldur. Və yaxud siyasi İslamla bağlı düşüncələrimizə görə doğru hesab edilə bilər. Amma Azərbaycanın da tutduğu yol fərqlidir. İrana gəlincə isə, bu dövlət Azərbaycandakı prosesləri yaxından izləyir. İrandakı bəzi şəxslər Azərbaycanın dediyim kimi inkişafını istəmir. İran çox zəngin mədəniyyətə malikdir. Amma ABŞ-ın İranla bağlı siyasəti nüvə proqramı ilə bağlıdır.

Xəyal