ABŞ diktatora aman tanımır

Qəzzafinin çadırını da bombaladılar

 

Liviya lideri Müəmmər Qəzzafinin paytaxt Tripolidə, Bab ül-Əziziyyədəki qərargahında, çadırının yaxınlığında yerləşən bir bina koalisiya qüvvələrinin aviasiyası tərəfindən vurulub. 3 mərtəbəli bina Qəzzafini çadırında ziyarət edən xüsusi qonaqlar üçün istifadə olunurmuş. Əməliyyat zamanı Qəzzafinin harda olduğunun bilinmədiyi, ancaq həmin ətrafda onun 300 nəfərədək tərəfdarının olduğu deyilir.
Qəzzafi rejiminin sözçüsü Musa İbrahim deyib ki, bina həqiqətən də rəhbəri ziyarət edən özəl qonaqlar üçün istifadə olunurmuş və bina tamamən məhv olub (Lent.az).

 

Qəzzafi yenidən yalvarmağa başladı

 

 

ABŞ, İngiltərə və Fransanın rəhbərliyi ilə NATO komandanlığı altında Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı “Şəfəq Səyahəti” adı verilən hərbi əməliyyatlar davam edir. İki gündür davam edən əməliyyatlar nəticəsində Müəmmər Qəzzafi rejiminə bağlı silahlıların bazalarına hava və dənizdən 100-dən artıq raket zərbələri endirilib. Liviya rəsmi dairələri 50-dən artıq ölənin və yüzlərlə yaralının olduğunu bildirib.

 

Günün sonunda Müəmmər Qəzzafi yenidən atəşkəs elan edib və bütün əsgərlərinə atəşkəs rejiminə riayət etmək barədə tapşırıq verib. Liviya hökumətinin yaydığı bəyanatda bildirilir ki, ölkə ərazisində müxalifət təmsilçilərinə qarşı silahlı hücumlar dayandırılıb. Qəzzafi rejiminin sözçüsü televiziya ilə xalqa müraciət edərək paytaxt Tripolidən Benqaziyə dinc yürüş  keçirməyə çağırıb.

BMT-nın baş katibi Pan Gi Mun Qəzzafi rejiminin elan olunmuş atəşkəs rejiminə əməl edəcəyinə ümidvar olduğunu söyləyib:“Sivil vətəndaşlara hücumu davam etdirirdilər. Atəşkəs rejiminə əməl olunub-olunmadığını öyrənmək üçün araşdırmalar aparılacaq”.

Qəzzafinin atəşkəs rejimi elan etməsinə münasibət bildirən ABŞ donanmasının kontr-admiralı Bill Qortney Liviya diktatorunun bütün açıqlamalarının diqqətdə saxlandığını və onun bunlara necə nəzarət etdiyinin yoxlandığını söyləyib.

Ağ Ev isə Qəzzafinin elan etdiyi atəşkəsi tanımadığını bildirib. Braziliyada səfərdə olan ABŞ prezidenti Barak Obamanı müşaiyyət edən Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tom Donilon jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Qəzzafi rejimi indiyə qədər atəşkəs rejimini dəfələrlər pozub. Buna görə də bundan sonra onun atəşkəsə əməl edəcəyinə inanmaq sadəlövhlük olardı.

Bu arada ABŞ, İngiltərə, Fransadan əlavə Danimarka və Qətər kimi ölkələr də Qəzzafi rejiminə qarşı əməliyyatlarda iştirak etmək üçün qırıcı təyyarələrini bölgəyə göndərib.

İordaniya kralı ilə telefonda danışan ABŞ prezidenti Barak Obama da Qəzzafi rejiminə qarşı genişmiqyaslı koalisiyaya ehtiyac duyulduğunu bildirib. Obama regionun bütün ölkələrinin Qəzzafi rejiminə qarşı koalisiyada iştirakına maraqlı olduğunu söyləyib.

“AFP” xəbər agentliyi hərbi əməliyyatların ikinci günü hava və dənizdən endirilən raket zərbələri nəticəsində Müəmmər Qəzzafinin Tripolidəki sarayının qismən dağıdıldığını bildirib. “Reuters” agentliyi də diktatorun rezidensiyasından qalın tüstü qatı qalxması barədə məlumat yayıb.

Rusiya, Çin, Venesuela kimi ölkələrlə yanaşı Ərəb Birliyi təşkilatı Liviyaya qarşı hərbi əməliyyatların başlamasından narahatlıq keçirdiyini və hücumların dayandrılmalı olduğunu bəyan edib.

İngiltərə Qəzzafinin məsuliyyətisizlik etdiyini vurğulayaraq BMT TŞ-nın çıxardığı qərarın tətbiqinin davam edcəyini bildirib:“Polkovnik Qəzzafinin atəşəks elan etikdən dərhal sonra ona əməl etmədiyinin şahidi olduq. Həmin vaxt dediyimizin üstündü dururuq. Qəzzafi etdiklərinə görə məsuliyyətə cəlb olunacaq”.