Mourinyo “Inter” və “Çelsi” ilə qarşılaşmaq istəmir

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Lion”u 3:0 hesabı ilə məğlub edən “Real” (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo yenidən diqqət mərkəzinə düşüb. Mourinyo 7 illik fasilədən sonra “Real”ın yenidən 1/4 final mərhələsinə vəsiqə qazanmasını normal qarşıladığını bildirib: “Madridin ”Real” klubu dünyanın ən güclü komandalarından biridir. Ona görə də 1/4 finala vəsiqə qazanmağımız normal bir şeydir. “Lion”a qarşı çox gözəl oyun nümayiş etdirdik və haqlı olaraq qələbə qazandıq.Çempionlar Liqasının 1/4 final mərhələsində hansı komanda ilə qarşılaşacağımızın elə bir əhəmiyyəti yoxdur. Ancaq “Inter” və “Çelsi” ilə qarşılaşmaq istəmərəm. Çünki keçmiş komandalarıma qarşı oynamaq məni təsirləndirə bilər”.Qeyd edək ki, Mourinyo 2004-2007-ci illərdə “Çelsi”ni, 2008-2010-cu illərdə isə “Inter”i çalışdırıb.