Heydər İbrahimov:””Kövsər Bank”ın lisenziyası əsassız ləğv edilib, Mərkəzi Bank özü birbaşa qanunu pozub”
“Kövsər Bank” ASJ-nin lisenziyasının ləğvi ilə bağlı Mərkəzi Banka qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə iclası mart ayının sonunda keçiriləcək. Bunu bankın İdarə Heyətinin sədri Heydər İbrahimov bildirib. Onun sözlərinə görə, növbəti iclasda “Kövsər Bank” lisenziyasının əsassız ləğv edilməsi ilə bağlı dəlil və sübutları məhkəməyə təqdim edəcək. “”Kövsər Bank” birmənalı olaraq lisenziyasının ləğvi ilə bağlı Mərkəzi Bankın çıxardığı qərarı əsassız sayır.
Bu prosesdə AMB özü birbaşa qanunu pozub. Ümid edirik ki, məhkəmənin müvafiq qərarı ilə bankın lisenziyası bərpa olunacaq”, – deyə H.İbrahimov bildirib(APA).
Xatırladaq ki, Mərkəzi Bank ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə 2010-cu ilin dekabr ayında “Kövsər Bank” ASJ-nin lisenziyasını ləğv edib.
Sonda onu da qeyd edək ki, “Kövsər Bank”ın rəhbəri Heydər İbrahimov YAP-çı deputat Eldar İbrahimovun qardaşıdır.