Müsavat Partiyasının martın 12-də Fəvvarələr Meydanında keçirdiyi aksiya zamanı YAP-ın tanınmış simaları Mübariz Qurbanlı, Kərim Kərimli və Səyavuş Novruzovun yaxınlıqdakı kafedə oturub pivə içə-içə baş verənləri müşahidə etdikləri barədə yazmışdıq.
Bu, digər mətbuat orqanlarının da diqqətindən yayınmamışdı. Lakin Mübariz Qurbanlı “525-ci qəzet”ə açıqlamasında bildirib ki, onlar sadəcə istirahət etmək üçün həmin vaxt kafedə olublar. Mübariz Qurbanlı həmçinin iddia edib ki, onların süfrəsində pivə olmayıb. Lakin YAP-çı deputat unudub ki, jurnalistlər onların istirahətini fotoaparatın yaddaşına köçürüblər. Şəkillərdən görünür ki, süfrədə pivə var.
İnformasiya şöbəsi