Fəzail Ağamalı da bu iqtidarı biabır edərmiş…

Belə getsə, hakimiyyət təmsilçilərinin korrupsiya iləÿbağlıÿetiraflarında növbəÿDubay mülklərinəÿdəÿçatacaq. Bu arada FəzailÿAğamalıya xüsusi təşəkkür düşür. Kökündən vurub. Bunu hansısa marağa görə etdiyinə şübhə yoxdur. Amma nə fərqi var, bizə etiraflar, təsdiqlər lazımdır. Gəlin etiraf edək ki, bu gün Azərbaycanda yeganə təmiz obrazlı bir dövlət qurumu varsa, o da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdır. Deyirlər, xalqın gözü tərəzidir. Xalq kasıb balalarının pulsuz ali məktəblərə girdiyini görür, insafən qəbuldan narazılıq etmir. Əksinə, xalqımız test sistemi ilə qəbula yol açan Əbülfəz Elçibəyə rəhmət oxuyur. Narazılıq rüşvətə qurşanmış, keyfiyyətsiz təhsili ilə bizə dağ çəkən məktəblərdən və universitetlərdəndir. Hər halda TQDK yeganə dövlət qurumudur ki, insanlar orada pulsuz nəsə ala bilir. Yəni tələbə biletini. Xalq arasında pulla tələbə olmaq haqda söhbətlər bitmək üzrədir, ya da bu çox-çox müşkül görünür. Amma Fəzail Ağamalı bu qurumun da rüşvətdən uzaq olmadığını parlamentdən bəyan edəndə, adamın deməyə sözü qalmır. Bu iqtidar nə gündəymiş?

Ana Türkmənistan Partiyasının sədri deyib: “TQDK-da rüşvətxorluq halları var. Hər il BDU-nun hüquq fakültəsinə, Tibb Universitetinə TQDK xətti ilə tələbələr qəbul edilir. Həmin tələbələr 100-150 min manatadək rüşvət verib qəbul olunurlar”.

Bu da bizə TQDK. Düzdür, Misir Mərdanova baxıb, Məleykə xanımın ətəyində namaz da qılmaq olar, amma bu da faktları dəyişmir…
Haradan bilək ki, Fəzail Ağamalıÿyalan deyir? Bu iqtidarda rüşvət söhbəti heç yalana oxşamır. Bu hakimiyyətin hansı düz işi olub ki, buna da inanasan. Deməyəsən, Ilham Əliyevin almayan bircə məmuru da yoxmuş. Ən təmizi belədirsə, gör qalanları neyləyir.

Elmar Şahtaxtinski ilə niyə fəxr etməliyik?!

Son vaxtlar iqtidar mətbuatıÿ”xaricdə yaşayanlar” kəlməsini çox qəzəblə işlədir. Bu o deməkdir ki, xaricdə yaşayanlarımız düz yoldadır. Deməli, onlar burda qalanların yaxşı günə çıxması üçün yaxşı işləməyə başlayıblar. Fəqət bizim demokrat kəsimə bağlı olan adamlar arasında da bu kəlməni ikrahla işlədənlər var. Guya onlar rahat yerdə oturub, burda təhlükə ilə üz-üzə duranlara ağıl öyrədir, yol göstərir. Dostlar, bu havaya girmək ayıb olmaqla yanaşı, hətta axmaqlıqdır. Onlar bizim oradakı gücümüzdür. Onlar bizi tamamlayan hissədir. Onlar o adamlardır ki, başını sallayıb rahat yaşaya, azad ölkədə ömür sürməyin dadını çıxara bilərlər. Amma sakit otura bilmirlər. Təkcə Həbib Müntəzir böyük bir xəbər agentliyinin işini görür. Adları sadalamayacağam…

Hələÿmən demirəm ki, bu adamlar heçdən getməyiblərÿölkəmizdən. Bilirsiniz ki, rejimin əlindən milyondan çox adam gedib buradan. Kimsə çörək dalınca, kimsə vicdan ağrısından, yaxud haqsızlıqdan gedib. Bir xeyli adam isə təqib olunub. Adamın üstünə beş adam gələndə çətinlik çəkir. Onların üstünə isə bir dövlət hücum çəkib. Son vaxtlar görürük ki, onların çoxunun gedişi rəmzidir. Onların ürəyi burdadır. Ürəklərini burda qoyub gedənlərə yalnız “canımız qurban” deyə bilərik.

Bu arada özünə ziyalı deyən bir qrup adam “Azad” rəhbəri Elmar Şaxtaxtinskiyə qarşı kampaniya başladı. Belə şeylər heçdən olmur. Onların mənasız ittihamlarına bir cavab var: biz Elmar Şahtaxtinski ilə, onun kimiləri ilə fəxr edirik.ÿ Uzaq Amerikada, Avropada Azərbaycan üçün yaşadıqlarına, çalışdıqlarına görə…