Xəbər verdiyimiz kimi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin himayəsində olan “Rabitə BAKI” qadın voleybol komandası yüksək peşəkarlıq göstərərək “Dördlər finalı”na vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, voleybol dünyasının ən güclü klub turniri hesab olunan Çempionlar Liqasının “Dördlər Finalı” 19-20 mart tarixlərində Türkiyənin İstanbul şəhərində “Burhan Felek Voleybol Salonu”da keçiriləcək.
CEV Çempionlar Liqası turnirinin yarımfinalında “Rabitə BAKI”nın rəqibi İtaliya çempionu “Scavolini PESARO” komandası olacaq. “Rabitə BAKI” – “Scavolini PESARO” görüşü martın 19-da yerli vaxtla saat 17:00-da “İdman Azərbaycan” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Yarımfinal oyunlarında qalib gələn komandalar martın 20-də Çempionlar Liqası Kubokunu qazanmaq uğrunda mübarizə aparacaq.
“Rabitə Bakı” qadın voleybol komandası – bizim komanda!