“BDU-nun hüququna və Tibb Universitetinə qəbul üçün hər tələbədən 100-150 min manat alırlar”
Hakimiyyətdəki iki böyük klan üz-üzə gəlir
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətini sərt tənqid edib. Milli Məclisdə hökumətin təqdim etdiyi hesabatın müzakirəsi zamanı deputat bildirib ki, TQDK sədri Məleykə Abbaszadə tez-tez mətbuat konfransları keçirir və təhsil sistemində mövcud problemləri həll etmək əvəzinə, açıqlamaları ilə ictimai rəyi çaşdırır:”TQDK sədri bu gün orta məktəbi bitirənlərin savadsızlığından danışır, amma həmin savadsızların hansı yolla ali məktəblərə qəbul olması
şübhə doğuran məqamdır. Ali məktəblərə qəbul olan həmin savadsızlar universiteti başa vurub, orta məktəbdə
işləyir, savadsız şagird hazırlayırlar”.
Fəzail Ağamalı TQDK-nın ünvanına daha bir sərt ittiham səsləndirib:”Qeyri-leqal repetitorlar təhsil sistemini iflic ediblər. Repetitorlar TQDK-da ayrı-ayrı fənlər üzrə sualları hazırlayanlarla şəbəkə təşkil edirlər. Heç kimə sirr deyil ki, BDU-nun hüquq fakültəsinə və Tibb Universitetinə tələbə qəbulu üçün alınan pulun miqdarı 100 min, 150 min manatla ölçülür. 700, 800, 1000 tələbənin ali məktəbə qəbulundan alınan pulun miqdarı milyonlara çatır. TQDK-da rüşvətə son qoyulması üçün əlavə islahatların aparılmasına ehtiyac var”.
Hakimiyyətə yaxın mənbə “Azadlıq”a açıqlamasında F.Ağamalının məlum çıxışını hökumətdəki Haxçıvan klanı
ilə Qərbi Azərbaycan klanının illərdən bəri davam edən mübarizəsinin təzahürü kimi qiymətləndirdi: “İstər hakimiyyətdə, istərsə də cəmiyyətdə əksəriyyətə sirr
deyil ki, Tələbə Qəbulu Komissiyasının rəhbəri Məleykə Abbaszadə Ramiz Mehdiyevə yaxın şəxsdir. Fəzail Ağamalı
isə hakimiyyətdəki Qərbi Azərbaycan qruplaşmasının təmsilçisidir. Bu gün bu qrupun rəhbərlərindən biri də təhsil naziri Misir Mərdanovdur ki, onun da həm Ramiz Mehdiyev, həm də Məleykə Abbaszadə ilə münasibətlərindəki ziddiyyət vaxtaşırı özünü biruzə verir. Xatirinizdədirsə, hələ bir neçə il öncə Fəzail Ağamalı Ramiz Mehdiyevin ünvanına sərt ittihamlar səsləndirmişdi.
Deputat o vaxt Ramiz Mehdiyevi Heydər və İlham Əliyevlər haqqında yazıların sifarişçisi adlandırmışdı. Onu mətbuata xəbərlər ötürməkdə ittiham etmişdi. Sonralar bu qarşıdurmalar vaxtaşırı özünü biruzə versə də, o qədər də əndazəni aşmırdı. Amma son vaxtlar korrupsiya ilə mübarizə məsələsi ortaya çıxandan Ramiz Mehdiyev bundan çox
məharətlə öz düşmənlərinə qarşı istifadə edir. Fikir verin, bir neçə gün öncə Məleykə Abbaszadə Misir Mərdanovun da qatıldığı tədbirdə nazirin fəaliyyətini sərt tənqid etmişdi.
İttiham o qədər açıq idi ki, Misir Mərdanov curnalistlərin qarşısında TQDK sədrinə xitabən “biz bura bir-birimizi tənqid etmək üçün gəlməmişik” mesacını vermişdi. Məncə Fəzail Ağamalının parlamentdəki çıxışı həmin çıxışın Həm Ramiz Mehdiyəvə, həm də Məleykə Abbaszadəyə cavabı idi.
Yəqin qarşımızdakı dövrlərdə bu qarşıdurmalar həm əhatəcə, həm də şiddətcə daha da böyüyəcək”.
İnformasiya şöbəsi



