Əliyev İngiltərə üçün arzuedilməz şəxsə çevrilib

“Bu tamamilə dəhşətdir – kral ailəsi üzvünün azad söz düşməni Əliyevlə əlaqələri var”

 

İngiltərənin “The Guardian”  qəzeti York hersoqu şahzadə Endryunu avtoriter ölkə başçıları ilə sıx münasibətlər qurduğuna görə növbəti dəfə tənqid atəşinə tutub. Bir neçə beynəlxaq insan hüquqları təşkilatlarının yaratdığı koalisiya Britaniya hökumətinin yüksək vəzifəli məmurlarının antidemokratik və korrupsioner rejimlərlə işgüzar münasibətlər saxlamasından ciddi narahatdır.

 

“Humans Rights Watch” təşkilatının İngiltərə üzrə direktoru Tom Porteous və ölkənin Xarici İşlər Nazirliyi açıqlama verərək  bildirblər ki, şahzadə Endyrunun despot liderlərlə ticari əlaqələrə daha çox meyilli olması Böyük Britaniyanın beynəlxalq imicinə xələl gətirir. Son günlər şahzadə Endryunun  insan hüquqlarını pozan, azad sözə qarşı repressiv addımlar atan və demokratik institutların fəaliyyətini məhdudlaşdırmağa görə məsuliyyət daşıyan avtoritar liderlərlə işgüzar münasibətlərinə dair müzakirələr daha geniş yayılıb.

Beynəlxalq ekspert Robert Palmer bildirib ki, bəzi hökümətlərin antikorrupsiya layihələri səmimi görünmür. Çünki,uzun illər rüşvət və korrupsiya üzərində möhkəmlənən avtoritar sistemlərin anidən dəyişərək liberal dəyərlərdən danışması gülüncdür.

Beynəlxalq hüquq müdafiəçisi Nataşa Şmidt isə diqqəti Endryunun İlham Əliyevlə isti münasibətlərinə yönəldib. O, bildirib ki, şahzadə Endryunun “dünyada ən çox korrupsiyalaşmış ölkələrdən biri olan Azərbaycanın rəhbəri İlham Əliyevlə” yaxşı əlaqələrinin olması heyrət doğurur. “Endryu siyasi rəqiblərini qeyri-qanuni yollarla susduran və son parlament seçkilərinin nəticələrini total şəkildə saxtalaşdıran İlham Əliyevin lobbiçiliyini həyata keçirir. Bu tamamilə dəhşətdir ki, kral ailəsinin üzvünün azad söz düşməni kimi tanınmış Əliyevlə əlaqələri var”, – deyə hüquq müdafiəçisi bildirib.