İlham Əliyev Cavid Qurbanovu “vurdu”

Təşvişə düşən Ziya Məmmədov dərhal müşavirə keçirdi

 

Dünən dövlət başçısı Ilham Əliyev meriyada keçirdiyi müşavirədə ölkədəki yol tikintisindən də danışıb. I.Əliyev deyib ki, qəsəbədaxili yolların tikintisi tezliklə həllini tapmalıdır. “Bu sahədə vəziyyət məni qane etmir. Mən görürəm bəzi hallarda magistrala çıxan yollar palçıq, torpaq yollarıdır. Mən Nəqliyyat Nazirliyinə bu barədə dəfələrlə göstəriş vermişəm. Hələ ki, bu məsələ məni qane etmir”.
Əldə etdiyimiz xəbərə görə, I.Əliyev müşavirə keçirəndən dərhal sonra Z.Məmmədov ən yaxın adamlarını yanına çağıraraq bu məsələni müzakirə edib. Dünən isə nəqliyyat nazirliyi əsasən Cavid Qurbanovun rəhbərlik etdiyi təşkilatların iştirakıyla müşavirə keçirib.
Öz növbəsində Z.Məmmədov da yolların tikintisi zamanı ciddi qüsurların olduğunu sərt şəkildə bəyan edib.
Nazir üzünü C.Qurbanova tutaraq, bildirib ki, bundan sonra keyfiyyətə xüsusi diqqət ayırmalıdır.