Ilham Əliyev – durğunluq dahisi

Tezdən yolda bizim “Milli Elmlər” Akademiyasında işləyən dostumla qarşılaşdım. Azərbaycanlılar üçün tipik “Nə var? Nə yox?”dan sonra dostum soruşdu: “Səncə, bizim düşmənimiz Irandı, yoxsa Rusiya?”. “Nə Iran, nə Rusiya, bizim düşmənimiz Əliyevlər rejimidir”,-  dedim. Dostum: “Son çağlar mən də elə düşünürəm”,- dedi. Bu arada avtobus gəldi, dostum qaçaraq avtobusa minib getdi. Mənsə düşünə-düşünə qaldım. Birinci: dostum o soruyla nə demək istəyirdi?

Ikinci: “son çağlar” nə deməkdi?

Düzü, məni ən çox onun “son çağlar” deməsi düşündürür. Axı Azərbaycanda əliyevçi rejim “son çağlar” qurulmayıb. Bu xalqa, ölkəyə, dövlətə düşmən rejim 1993-dən qurulub. Özü də bu rejim Azərbaycan torpaqlarını ermənilərə, Azərbaycan neftini maraqlı dövlətlərə boyun olmaqla, pay verməklə qurulub. Sonra da Əliyevlər hakimiyyətinə “əbədilik” statusu qazandırmaq üçün ölkədə sonu görünməyən gizli-açıq qırğınlara start verilib. Bütün bunlara görə bizim düşmənimiz qırğın üzərində qurulan, qırğın yoluyla ayaqda duran Əliyevlər hakimiyyətidir!

Hələ görün biz bu hakimiyyətin kökünə getsək, ortaya nələr çıxar. Bəlli olduğu kimi, Heydər Əliyev Sovetlər birliyində ən qorxunc qurum olan KQB-nin ən qorxunc yetirmələrindən idi. KQB-nin ən qorxunc iç qurumunda – SMERŞ-də yer tutan H.Əliyev, deyilənə görə, Azərbaycana ən böyük zərbələri ötən yüzilin 50-60-cı illərində vurub. Bu illər Xruşşov dönəminin antirepressiya siyasətləri ilə bağlı Azərbaycanda milli dirçəliş illəri olaraq tanınır. O çağlar ortaya çıxan güclü milli kadrların – partiya-dövlət adamlarının vurulmasında SSRI KQB-sinə, oradan Politbüroya ötürülən gizli dosyelərin böyük rolu olub. Milli kadrların, milli baxışları ilə tanınan görkəmli partiya-dövlət adamlarının ardıcıllıqla vurulub sıradan çıxarılması KQB generalı rütbəsinə yüksəldilmiş Heydər Əliyevin 1969-cu ildə Azərbaycan respublikasının başçısı postuna gətirilməsi ilə sonuclanıb. Bundan sonra respublikada milli kadrların, başqa cür desək, milli düşüncə daşıyıcılarının vurulub sıradan çıxarılması açıq “partiya-dövlət işi” olaraq özünü göstərməyə başlayıb…

Oğul Əliyev hakimiyyətə “gənc kadr” olaraq gətirildi. Ancaq bu “gənc kadr”ın qoca, xalqa qarşı amansızlığı ilə tanınan

KQB generalından nə ilə seçildiyini demək çox çətindir. Düzdür, I.Əliyev formal olaraq atası kimi KQB-şnik deyil, ancaq o, faktiki olaraq atası kimi KQB-şnikdir. Niyə? Atasının ölkədə qurduğu KQB sistemini, eləcə də bu sistemin törəməsi olan komandanı bütünlüklə qoruyub saxladığına görə! Bu baxımdan Ilham Heydər oğlu Əliyevi durğunluq dahisi adlandırmaq yerinə düşür. H.Əliyev özü də hər cür yenilik düşüncəsindən uzaq durğunluq dahisi idi. Ancaq H.Əliyev özünün böyük aldatma-manipulyasiya bacarığı ilə başında durduğu durğunluq rejiminə dinamika-dəyişkənlik xarakteri verə bilirdi. Nə yaxşı, oğul Əliyev bunu da bacarmır. Elə buna görə də xalq əliyevçi rejimdən bütünlüklə bezib, boğaza yığılıb. Elə buna görə də xalq indi bu rejimi dəyişməkdən başqa yol görmür!

11 yaşlı oğluna Dubayda 44 milyon dollarlıq (tək Dubayda ha!) mülk alan, qızı bir şam yeməyinə 550 min dollar xərcləyən (qəzetlər onun tək Moskva banklarında 700 milyon dollar pulu olduğunu yazır) Ilham Əliyev antikorrupsiya şousu düzəldərək, xalqı aldatmağa çalışır. Dubayda deyil, Bakıda, öz ölkələrində balaca bir evləri olması üçün Azərbaycan gəncləri korrupsioner Əliyevlər rejiminə qarşı 11 MART – XALQ GÜNÜ aksiyasına çağırırlar. Bu, düzgün amacı baxımından bütünlüklə LEGITIM aksiyadır – korrupsiyaçı kriminal rejim onu legitim saymasa da!

Ey Azərbaycan gəncliyi! Sənə Özgürlük, Şenlik Ölkəsi qazandıracaq gözəl günlərə bütün gücünlə yürü! Səni bu günlər uğrunda çarpışma qurtaracaq! Milli dirçəlişə doğru, irəli, irəli, irəli!!!