beyler-ramiz

Ramiz Mehdiyev Bəylər Əyyubova yenildi

Şamaxının bələdiyyə sədri azadlığa çıxdı

 

Şamaxının bələdiyyə sədri Mürvət Zeynalov azadlığa buraxılıb. Bu barədə qəzetimizə məlumat verən mənbənin sözlərinə görə, bələdiyyə sədrinin azadlığa buraxılmasının səbəbi onun bəzi mətləblərə aydınlıq gətirəcəyi ilə bağlı hədələyici bəyanatı olub. Mürvət Zeynalov həbs edilən zaman bildirib ki, Şamaxıda bütün qanunsuz əməllərin arxasında icra başçısı Nazim Ismayılov dayanır. Bu baxımdan da əvvəlcə onu həbs etmək lazımdır.
Mürvət Zeynalov Şamaxının girəcəyində meşə zolağının böyük bir hissəsini satmaqda ittiham olunurdu. Həmin ərazi isə hakimiyyətdəki oliqarxlara satılıb. Orada maliyyə naziri Samir Şərifov və başqa məmurların sahəsi var. Təbii ki, Mürvət Zeynalov bu ərazini özbaşına sata bilməzdi.
Onun həbsinə gəlincə, “Azadlıq” məlumat vermişdi ki, bu, hakimiyyət daxilindəki ziddiyyətlərin təzahürüdür. Mürvət Zeynalov Sumqayıtın icra başçısının müavini Akif Zeynalovun qardaşıdır. Akif Zeynalov isə Abşeronun icra başçısı Zakir Fərəcovun qudasıdır. Bu şəxslər Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qruplaşmasına daxildir. “Antikorrupusiya şousu” çərçivəsində aparılan “struktur dəyişiklikləri”ndə Bəylər Əyyubovun rolunun artması Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin ürəyincə olmadığına görə, o, generalın yaxın adamlarını “vurmaq” qərarına gəlib. Lakin görünür, PA rəhbəri Bəylər Əyyubova güc gəlmək iqtidarında deyil. Əks təqdirdə Mürvət Zeynalov bu tezliklə azadlığa buraxılmazdı.

 

İnformasiya şöbəsi